Orqanizmimizi yıxan 50 dəqiqə: hələ də yeyirsiniz?

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 2 300
Səs ver:
(səs: 1)
Son illərdə insanlar daha çox hazır qidalara üstünlük verirlər.

Qısa müddətdə hazırlanan və servis olunan qidalara "fast food" deyilir. Bu kimi qidalar insanların sevimli yeməyinə çevrilir. Sifariş edilən qidaların birbaşa çatdırılma mexanizmi də insanların onlardan daha çox istifadəsinə səbəb olur. Bu qidaların insan orqanizminə zərərləri nədən ibarətdir?

Qadinlar.Biz mövzu ilə əlaqədar apardığı araşdırmanın nəticələrini təqdim edir:

İlk 10 dəqiqə:
540 və ya daha çox kalorisi olan bu qida orqanizmdə qlükozanın normadan artıq səviyyəyə yüksəlməsinə səbəb olur. Özünüzü yaxşı hiss etdirən dopamin hormonu ifraz olunur.

20 dəqiqə sonra
: Cüt mərtəbəli hamburgerdə yüksək miqdarda fruktozalı qarğıdalı siropu ilə natrium qarışığı olduğundan iştahımızın daha çox artmasına səbəb olur.

30 dəqiqə sonra: Tərkibində olan 970 milliqramlıq duz susuzluq yaradır. Aclığa bənzər hiss meydana gəlir və daha çox hamburgerə ehtiyacınız olduğunu düşünürsüz. Ən pisi isə böyrəklərimiz bu miqdardakı duzu süzmək üçün daha çox işləyir. Həmçinin ürək ritminin artması yüksək qan təzyiqi yarada bilər.

40 dəqiqə sonra: Yaranan aclıq hissi bədənin qan şəkəri səviyyəsini tənzimləməsinə mane olur. Mədə və bağırsaq sisteminiz tərəfindən əmilən yüksək fruktozalı qarğıdalı siropu insulini yüksəldir.

50 dəqiqə sonra: Orqanizm müəyyən müddət keçdiyi üçün normal halına qayıtsa belə, hamburgerin ləzzətli hesab etdiyimiz yağı çox olduğu üçün həzm prosesi tam olaraq 3 gün davam edir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 300
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri