Qırmızı rəngli qidalar səhhətimiz üçün əlverişlidir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 940
Səs ver:
(səs: 1)
Qırmızı rəngli qidalar bizim səhhətimiz üçün çox faydalıdır.

Qadınlar.biz-in məlumatına görə, mütəxəssislər, immuniteti gücləndirmək üçün hər gün qırmızı rəngli qidalar qəbul etməyin əhəmiyyətli olduğunu bildirirlər. Qeyd olunan qırmızı qidalarla mütəmadi olaraq qidalanmaq bədənimizi yoluxucu xəstəliklərdən, bakteriyalardan və viruslardan qoruyacaq. 

Pomidor, qırmızı alma, çiyələk, qarpız, moruq, albalı, turp kimi qırmızı rəngli qidalar immunitet sistemi üçün olduqca əhəmiyyətlidir. Qırmızı-bənövşəyi rəngli qidaların rənglərindəki canlılıq qan damarlarına da qüvvət verir. Bu kimi qırmızı rəngli qidalar olduqca təsirli bir antioksidantdır. Bir çox xəstəliyə qarşı qoruma təmin edir.

Bu qidalar C vitamini və kalium baxımından zəngindir və immunitet sistemini gücləndirici xüsusiyyətə malikdir. Əsasən də pomidor, itburnu və qarpızdan olan likopen bəzi xərçəng törəmələri (xüsusilə prostat xərçəngi) və ürək xəstəliklərinə qarşı qabaqlayıcı təsir göstərir. 

Tərkibində bol miqdarda kalium və C vitamini olan nar, xərçəngə qarşı qoruyucu antioksidantlar cəhətdən olduqca zəngindir. Nar suyundakı antioksidan miqdarının, yaşıl çay, zoğal və portağal suyuna görə qat-qat çox olduğu qeyd edilir.

İmmunitet sisteminizi gücləndirmək üçün bu növ qidalardan uzaq olun
• Hazır qidalar
• Kalorisi yüksək və qida dəyəri aşağı qəlyanaltılar
• Çox duzlu ya da çox şəkərli xəmir yeməkləri
• Şəkərli və qazlı içkilər

Mövsümə görə qeyd olunanları mütləq qəbul edin
• Hər gün bir boşqab mövsüm meyvəsi 
• Bol bol yaşıl yarpaqlı tərəvəzlərlə 
• Təzə sıxılmış meyvə suyu
• Siqaretsiz bir həyat
• Həftədə 2-3 porsiya balıq
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri