Səhər yeməyinin faydaları

Şərhlər: 2
Baxılıb: 2 637
Səs ver:
(səs: 1)
Səhər yeməyinin ən önəmli yemək olduğunu tez-tez eşidir. Qida mütəxəssislərindən tutmuş analarımıza qədər ətrafımızdakı hər kəs bunu deyir. Buna baxmayaraq bir çoxumuz işə və ya ofisə səhər yeməyi yemədən gedirik. 
Ancaq pomidor, pendir kimi qidalarla edilən səhər yeməyi fiziki və zehinsəl olaraq bizi sağlıqlı edir. 
Dünyaca məşhur universitetlər "səhər yeməyi gərçəkliklər"ini bu formada izah edirlər:

Piylənmə və diabet kimi xəstəliklərə yoluxma riskini azaldır.
Harvard Universitetinin 45-82 yaş arasındakı 26 min 902 adamla, 16 il ərzində apardığı araşdırmaya görə səhər yeməyini düzənli edənlərdə piylənmə riski aşağıdır. Araşdırmalar mütamadi səhər yeməyi yeyən qadınların diabet xəstəliyinə daha az yoluxduğunu sübut edir.

Yeni öyrəndiyiniz məlumatlar daha asan yadda qalır. 
Journal of Adolescent Health adlı jurnalın 13-20 yaş arasındakı 319 tələbə arasındakı etdiyi araşdırmanın nəticələrinə görə mütamadi və düzgün səhər yeməyi yeyən adamların yaddaşları daha güclü olur. 

Enerjinizi gün boyunca qorunmasına kömək edir. 
İnternational Journal of Food Sciences and Nutrition adlı jurnalın etdiyi araşdırmaya görə səhər yeməyi yeyən adamlar özlərini gün ərzində daha az yorğun hiss edirlər.  

Xöşbəxt olmağınıza zəmin yaradır. 
Journal of Physiology jurnalının 144 könüllü arasında etdiyi araşdırmaya görə, səhər yeməyi yeyənlərin imtahanda daha uğurlu, sakit və xöşbəxt idilər.

Bədəninizin ehtiyacı olan qidaları depolayır. 
Nutrition Research and Practice jurnalının etdiyi araşdırmaya görə hər gün səhər yeməyi yeyən adamların sümük sağlamlığını qoruyan kalsium və insanı daha uzun tox tutan qidaları daha çox depolayır. 

Kilo itirməyinizə kömək edir. 
Harvard Universiteti tərəfindən 17.000 kişi arasında edilən araşdırmada səhər yeməyi edənlərin daha tez çəki itirdiyi müəyyənləşdirilmişdi. 

Konsentrasiyanızı inkişaf etdirir.
Səhər yeməyinin enerji verdiyi və yaddaşı gücləndirdiyini artıq bilirik. Bunu sübut edən bir araşdırma da İndian Pediatrics"dəndir. Araşdırmaya görə hər gün səhər yeməyi yeyən tələbələr arabir yeyənlərlə müqayisədə daha uğurlu olurlar və məsələlərə daha tez aydınlıq gətirirlər.
İndian Pediatrics"in başqa araşdırmasının nəticəsi belədir; yuxu zamanı itirilən enerji səhər yeməyi zamanı qazanılır.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 637
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri