İnsan orqanizmi üçün çox faydalı bir ağartı məhsuludur. Əgər idman ilə
məşğulsunuz isə, kəsmik sizin üçün təbii protein mənbəyi rolunu oynayır.
Beləki, kəsmiyin tərkibində zülal, yağ və süd şəkəri ilə yanaşı əvəz
olunmayan çoxlu metionin və lizin amin turşuları, kalsium, fosfor,
dəmir, maqnezium və s. vardır.
Ortalama göstəricilərə baxsaq 100 qram kəsmikdə 16 qr protein var və
bugün sizlərə ev şəraitində kəsmiyin hazırlanma qaydasını təqdim edirik.
2 və ya 3 stəkan kəsmik üçün lazım olanlar: 2 litr (təqribən 8 stəkan) yağlı süd, 2 stəkan qatıq.
Hazırlanma qaydası:
Südü əvvəlcə 2 qat qatlanmış tənzifdən süzün. İçərisində yad cisimlər
qalmaması üçün bu vacibdir. Daha sonra südü təmiz qazana qoyun və
bişirin. Südü vam odda bişirmək lazımdır. Süd qaynamağa başlayan kimi,
qaynayan südə qatıq əlavə edilir və qarışdırılır.
Süd bir neçə dəqiqə qaynadıqdan sonra "kəsilir”, "çürüyür”. Bu zaman
hazır olan məhsulumuz mayedən yavaş – yavaş ayrılır və süd bişən qazanda
mayenin üst hissəsinə toplanmağa başlayır.
Bu arada təmiz tənzifi iki qat qatlayıb bir süzgəcin içərisinə sərin. Burada kəsmik süzüləcək.
Məhsul tam hazır olub qazanın üzərinə toplandıqdan sonra, içərisinə
tənzif sərdiyimiz züzgəcdə süzürük. Bu zaman içərisində kəsmik olan
tənzifin kənarlarını birləşdiririk və suyunu süzülməsi üçün bir yerdən
asırıq. Burada əllə çox sıxıb əzməməyə diqqət etmək lazımdır.
Hazır olduqdan sonra suyunu çox süzmədən götürürük. Hazır olan məhsulu
soyuducuda saxlamaq mümkündür. Soyuducuda ev şəraitində hazırladığımız
kəsmik, bir həftə xarab olmadan qala bilər.