Hansı pəhrizlər dərini solğunlaşdırıb qocaldır?

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 1 633
Səs ver:
(səs: 0)
Pəhriz zamanı qadınların üz dərisinin solğun və tutqunlaşması sizin özünüz üçün düzgün menyu təşkil etmədiyinizə bir işarədir. Rusiyalı kosmetoloqların və sahə mütəxəssislərinin son araşdırmasına görə, üz dərisinin solğunlaşması, dərinin rənginin tutqun olması orqanizmdə gedən proseslərlə bağlıdır. Dərininin rəngi solğunlaşmağa doğru gedirsə, bu təkcə kosmetik qüsurun əlaməti deyil. Ona görə də dəri üçün xeyirli olan maska, masaj və digər proseduralar problemi həll etmək iqtidarında deyil.Kosmetoloqların qənaətincə, dərinin rənginin solğunlaşmasının birinci səbəbi uzunmüddətli pəhriz ola bilər. Ona görə də qadınlara tövsiyə edilir ki, pəhrizə başlamadan öncə diyetoloqla məsləhətləşinlər. Çünki məhz mütəxəssissizin orqanizminizə uyğun pəhriz təklif edə bilər ki, bu da sizin sağlamlığınızın təminatı olar. Dost-tanışlardan, internetdən götürülən resept əsasında tutulan pəhriz isə sonda sizə dəmir, vitamin və nəhayət yod çatışmazlığından yaranan xəstəliklər bəxş etmiş olar. Arıqlamaq arzusu sizə solğun dəri, yumşaq və tez-tezsınan dırnaq, avitaminoz (vitamin çatışmazlığı) kimi xəstəlik yarada bilər. Ona görə də pəhriz tutulmasına ehtiyatlı yanaşmaq məsləhətdir.

Solğun dərisi olanların menyuya süd məhsullarını daxil etməsi yaxşı nəticə verə bilər. Çünki süd, qatıq və bu kimi ərzaqlardan hazırlanan xörək və qəlyanaltılar bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bununla da həzm prosesi daha yaxşı gedir. Əlbəttə ki, bu, dəridə öz əksini tapır. Bundan başqa, dərisinin rəngini yaxşılaşdırmaq istəyən xanımlar tərkibində A və başqa vitamini olan meyvə və tərəvəzlərdən çox istifadə etməlidirlər. Qadın dərisinə "təcili yardım" təsirini göstərən meyvələrin içərisində kivinin adını xüsusilə qeyd etməyə zərurət var. Çünki bir dənə kivi meyvəsi insanın C vitamininə olan bir sutkalıq dozasının 80 faizini ödəyir. Ona görə də gün ərzində bir kivi yeməklə həm xəstəliklərdən xilas olursunuz, həm də üz dərinizin zərifliyi və gözəl rəngi ilə ətrafdakıların diqqətini özünüzə cəlb edə bilərsiniz.Nə qədər qəribə görünsə də, həkimlər üz dərisi solğun olan qadınlara ətdən mütəmadi istifadəni tövsiyə edirlər. Demə, bu ərzaqdan imtina etməklə orqanizmdə dəmir qıtlığı və nəticədə anemiya yaradır ki, bu faktor da dəridə öz fəsadını göstərmək qabiliyyətinə malikdir. Dəmirlə zəngin olan mal ətidir. Sonrakı yerləri hinduşka, donuz və balıq tutur

Bundan başqa, kritik günlərdə tərkibində dəmir olan dərman atmaq yaxşı nəticə verə bilər.Dəridə yaranan problemlərin ikinci səbəbi qalxanvari vəzin funksiyasının pozulması ola bilər. Əgər qadın bütün yuxarıda tövsiyə edilənlərə riayət edirsə, dərisində problemlər yarandıqda mütləq həkimə müraciət etməsi gərəkdir. Çünki bu halda daxili orqanların, əsasən qalxanvari vəzin funksiyasının pozulduğunu güman etmək olar. Qalxanvari vəzin funksiyasının pozulması və yaxud onun öz işini yaxşı yerinə yetirməməsi dərinin solğunlaşması ilə nəticələnir. Ona görə də həkimlə məsləhətləşdikdən sonra qalxanvari vəzin funksiyasını bərpa edənpreparatlar qəbul etmək olar ki, bu da dəridə yaranan problemlərin çözülməsinəsəbəb olar.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 633
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri