Ən çox məşhur olan narahatlıqların başında dəmir çatışmazlığına bağlı inkişaf edən qan azlığı xəstəliyidir. Sizlər üçün bu xəstəliyin hiyləgər hiyləgər irəliləyən əlamətlərini araşdırdıq.
Məhz dəmir çatışmazlığının məlum olmayan əlamətlərini Qadinla.com sizə təqdim edir
Qandakı hemoqlobin səviyyəsinin düşməsinə bağlı ortaya çıxan qan azlığında narahatlığının əsas səbəbi dəmir maddəsinin çatışmamazlığıdır. Hemoqlobin qandakı qırmızı hüceyrələrə rəngini verən oksigeni daşıyır. Aparılan tədqiqatlarda dünyada ən çox dəmir çatışmazlığının kişilərə nisbətən qadınlarda görüldüyü ortaya çıxarılmışdır.
DƏMİR ÇATIŞMAZLIĞININ ƏLAMƏTLƏRİ
Dəri rənginin bəyazlaşması
Gücsüz hərəkətlər və davamlı yuxu halı
Konsentrasiya pozğunluğu
Ani başlayan baş ağrısı və beyinin bədən hərəkətlərini idarə edə bilməməsi.
Qulaq guruldaması və daim dodaq kənarında uçuq çıxması
Dırnaq quruluşunun nazikləşdirməyə bağlı qırılmaların artması
Saç tökülməsi kimi əlamətlərlə özünü göstərir.
Dəmir çatışmazlığının yüksək səviyyədəki əlamətləri isə; Panik ataka bənzər ürək döyüntüsü yaşanması, narahat ayaq sindromu və tiroit vəzilərinin ləng işləməsi kimi halların yanaşı uşaqlarda görülən dəmir çatışmazlığında isə yerimə, oturma və danışma kimi çətinliklərlə özünü göstərir.
DƏMİR ÇATIŞMAZLIĞINA NƏ SƏBƏB OLUR? Bir çox səbəbə bağlı inkişaf edən dəmir çatışmazlığının əsas səbəbləri isə fol turşusu, B12 vitamini və dəmir maddəsinin çatışmazlığı kimi hallara bağlı ortaya çıxır.
DƏMİR MƏNİMSƏNİLMƏSİNİ ARTIRMAĞIN YOLLARI Dəmirin bədəndəki əmilimini artıraraq dərhal çıxmaması üçün C vitamini ilə zəngin qidalar yeyilməlidir.
Mayasız çörəyə nisbətən mayalı çörək dəmir mənimsənilməsini artırır.
Dənli bitkilər və kəpək çörəkləri dəmir emilimini azaldır.
Alüminium folqa, poladlar və cuğun qablar də dəmir əmilimini azaldır.
ƏN YAXŞI DƏMİR QAYNAQLARI
Tünd yaşıl tərəvəzlər
Pörtmüş yumurta portağal suyu ilə istehlak edilməli
Dənli bitkiləri qırmızı ət ilə birlikdə eyni qazan də bişirilməli
Quru ərik, üzüm və tut kimi qida gündə bir ovuc istehlak edilməli
İspanaq yumurta ilə bərabər bişiriləndə dəmir anbarı olur
Səhər yeməyə başlamadan 2 yemək qaşığı keçibuynuzu bəhməzi istehlak ediləndə bədəndəki dəmir nisbətini artır.