Qara həndəlaş haqqında

Şərhlər: 3
Baxılıb: 7 459
Səs ver:
(səs: 0)
Qara kəndəlaş (lat. Sambucus nigra) — Doqquzdon – Caprifoliaceae fəsiləsindəndir. Kəndəlaş bitkisinin Azərbaycanda 2 növü yayılmışdır. Bunlardan biri – qara kəndəlaş adlanır. Təbabətdə ancaq qara kəndəlaşdan istifadə olunur.

Qara kəndəlaş qollu-budaqlı kol bitkisi olub, qarşı-qarşıya düzülmüş cütlələkvari yarpaqları və nizəvari şəklində toplanmış ətirli, sarıtəhər, ağ rəngli çiçəklərə malikdir. Yetişəndə qara bənövşəyi rəngə boyanan şirəli meyvələri xüsusilə nəzəri cəlb edir.

Bitki may-iyun aylarında çiçəkləyir, meyvəsi iyul-avqust da yetişir.

Xalq təbabətində, eləcə də elmi təbabətdə qar kəndəlaşın həm çiçəklərindən, həm də meyvələrindən geniş istifadə edilir.

Çiçəkləri tam açılan dövrdə, meyvələrini isə tamam yetişən vaxt toplanır. Çiçəkləri toplayan kimi kölgəli yerdə, açıq havada və ya quru havalı binalarda sərib qurudulur. Meyvələri isə xüsusi peçlərdə və ya meyvəqurudan quruducularda qurudulub istifadəyə verilir. Yaxşı qurudulan meyvələr tuşməzə, azca selikli dad malik olur.

Qara kəndəlaşın çiçəklərində bir sıra müalicə əhəmiyyətli maddələr, müəyyən edilmişdir. Bunlardan: sanbuniqrin qlokozidini, rutini, efir yağını, qətranı, pektin maddələrini, selik maddələrini, xlorini, xlorogeni, kofeyini, valerian, alma və sirkə turşularını, eləcə də C, B, K vitaminlərini göstərmək olar.

Meyvələrinin tərkibində antosian, xrizantemin, sambusin, sambusianin kimi bioloji fəal maddələr vardır.

Elmi təbabətdə kəndəlaşın qurudulmuş çiçəklərindən 6 qr. 200 q. suda çay kimi dəmləyib, soyuqdəymələrdə tərlədici və nəfəs yollarının iltihabını aradanqaldırıcı dərman kimi, xörək qaşığı ilə qəbul edirlər. Bundan əlavə qara kəndəlaşın çiçəkləri "Tərlədici çayın" və "yumşaldıcı yığıntının" tərkibində də işlədilir. Çiçəklərindən çay kimi dəmləyib, boğaz ağrılarında, ağız nahiyəsində və diş ətində iltihab olan vaxtı, eləcə də anginada qarqara dərmanı kimi istifadə edilir.

Qurudulmuş meyvələrindən xalq təbabətində firni [kisel] formada preparat hazırlayıb, yüngül işləmə dərmanı kimi körpə uşaqlara yedirdilir.

Təzə dərilmiş meyvələrindən və şirəsindən avitaminozda mürəbbə şəklində qüvvətverici və iştahartırıcı kimi istifadə edilir
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 7 459
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri