Qidalanma üzrə mütəxsəssislər limonun yoluxucu xəstəliklərə, zəhərlənməyə və ağız qoxusunun aradan qaldırılmasına qarşı effektiv bir sitrus meyvəsi olduğunu bildirirlər.
Mütəxəssislərin fikrincə, limondan dərinin parlaq olması, eləcə də bədəndəki sızanaq və ləkələrin təmizlənməsində də istifadə edilir. Həkimlər isə limon yağının bir çox faydası olduğunu deyirlər. Belə ki, fiziki baxımdan zəif olan insaların limon yağından istifadə etmələri tövsiyə olunur. Limon yağını qabığından ayırmaq surətilə iflicin qarşısının alınmasında istifadə olunduğu məlumdur.
Turş limon ürək döyüntüsünü tənzimləyir, ondan hazırlanan marmelad boğaz və ağ ciyər faydalıdır. Limonun ətli hissəsini heç nəsiz yemək isə mədəyə ziyandır. Marmeladı balla qarışdırıb yemək həzmi asanlaşdırır. Limon yarpaqları mədəni və bağırsaqları qüvvətləndirir, suyu isə mədə divarları üçün faydalıdır.
Habelə, limonun sarılıq xəstəliyinin müalicəsində da faydalı olduğu öyrənilib. Həkimlər limonun faydalarından yararlanmaq üçün limondan hazırlanan qida qəbul etməzdən əvvəl yaxud sonra neç bir şey yeməməyi tövsiyə edirlər.
Digər tərəfdən, suda qaynadılan iki ədəd limon çərdəyi zəhərlənmə və əqrəb sancması hallarında məlhəm kimi də istifadə olunur.