Qaraya çalan meyvəsi olan əsi tanıdığımız böyürtkən, göbələk və
mikroblara qarşı güclü təsiri olduğu kimi damarları da gücləndirir.
Böyürtkənin dodaq uçuklaması, (göbələk əleyhinə) damar büzücü,
antibakterial, (bakteriya əleyhinə) antiseptik (mikrob əleyhinə) və
canlandırıcı olaraq müzakirə edilməz bir təsiri vardır.
Böyürtkən eyni zamanda, kapilyar damarları gücləndirir, yarpaqları çox
şiddətli olmayan ishal hadisələrində rahatlıqla istifadə edilə bilir.Bu
cür yüngül ishal hadisələrində, bir şorba qaşığı quru böyürtkən
yarpağını, bir su stəkanı qaynamış suyun içinə dərhal atıb on dəqiqə
qədər dəmləyin. Gündə üç fincan bu çaydan içərək vəziyyəti nəzarət
altına ala bilərsiniz.
Böyürtkən yarpaqları ağız xorası, boğaz ağrısı, ağız və diş əti infeksiyasıyalarında qarqara olaraq istifadə edilir.
Ağır yaxşılaşma göstərən dəri xoralarının müalicəsi və yara sarğısı üçün də böyürtkən yarpağı təsirli bir müalicə vasitəsidir.
Bəlğəm qovucu xüsusiyyəti də olan böyürtkən, hər içildiyində təzə olaraq
hazırlanan çayı soyuqdəymə, qrip və öskürək müalicəsi üçün istifadə
edilir.
Edilən araşdırmalarda böyürtkən qismən insulin ifraz etdiyi
xüsusiyyətinə görə həm normal, həm də diabetik insanların qanındakı
şəkər səviyyəsini azaltdığı ortaya çıxdı.
Ən ideal şəkildə günəşli yerlərdə və nəmli torpaqda yetişib yayılan
böyürtkənin həm yarpağı, həm də meyvələri C vitamini baxımından olduqca
zəngindir.
Yarpaqları ayrıca tanin, flavonoit, orqanik turşular, flavonoit
qlükozit, limon və izostrik turşu kimi orqanik turşuları da bolca
saxlayar.
Boğaz ağrısında, böyürtkən yarpağını bu şəkildə istifadə edə bilərsiniz:
Üç şorba qaşığı qurudulmuş yarpağı bir su stəkanı suyun içinə qoyun və
qaynadın. Təxminən beş dəqiqə kaynattıktan sonra ocaqdan alın və
dəmlənməsi üçün on beş dəqiqə qədər gözləyin. Ardından tel süzgəclə
süzüb qarqara edin. Bu qarqara gündə üç dəfə edə bilərsiniz.
Böyürtkənin təzə yarpaqları yazda hələ çiçək açmadan toplanır. Yarpaqlar
çay ya da məlhəm hazırlamaq üçün qurudulur və əzilir. Göstərilən
narahatlıqlar üçün müalicə edici çay bir yarım şorba qaşığı quru yarpaq,
bir su stəkanı qaynadılmış suyun içində on dəqiqə qədər dəmlənir. Sonra
süzülərək gündə üç dəfə yemək arasında içilir.
Boğaz ağrısı və ağız infeksiyalarının yaxşılaşmasına köməkçi olmaq
üçünsə on qram qədər quru yarpaq bir su stəkanı suyun içinə qoyular və
qaynadılar. Təxminən olaraq, on beş dəqiqə dəmlənməsi gözlənilər.
Süzüldükten sonra ağız və boğaz qarqarası olaraq gündə iki dəfə istifadə
olunur.
Böyürtkən yarpaqları, dəri xoraları və yaraların müalicəsində kompres
şəklində tətbiq olunur. Çay istehsalında olduğu kimi, iki şorba qaşığı
qədər böyürtkən yarpağı bir su stəkanı qaynadılmış suyun içinə atılıb on
beş dəqiqə dəmlənir. Daha sonra təmiz bir tənzif və ya təmiz bez bu
çayın içinə batırılaraq problemli bölgəyə gündə iki dəfə tətbiq edilir.
Hamilə və əmizdirən qadınlar böyürtkən yarpaqlarını istifadə
etməməlidir.