Cincilimin faydaları və istifadə qaydaları

Müəllif: arzum-aysum
Şərhlər: 3
Baxılıb: 8730
Səs ver:
(səs: 2)
Qədim zamanlardan insanlarımız daim təbiətlə vəhdətdə olmuş, bitkiləri tanımış, onlardan müalicə və qida məqsədiylə istifadə etmişlər. Bu bitkilərdən biri də el arasında yaxşı tanınan cincilimdir. Cincilimdən həm mətbəxdə, həm də tibdə geniş istifadə olunur. Sacın üzərində bişən cincilim qutabını ömründə bircə dəfə yeyən insan onun dadını heç vaxt yadından çıxarmaz…

Tətbiqi
Cincilimdən hazırlanan preparatlar vitamin, bakterisid, soyuqdəymə əleyhinə, damar genişləndirici, qan təzyiqini salıcı, sidikqovucu, ödqovucu, qankəsici, yarasağaldıcı və s. xüsusiyyətlərə malikdir. Azərbaycan xalq təbabətində cincilimin su ilə qarışdırılmış şirəsi mədə – bağırsaq xəstəlikləri zamanı ağrıkəsici kimi işlədilir. Amerika əczaçılıq firmalarının cincilimdən hazırladığı dərman preparatları maddələr mübadiləsinin pozulması, xüsusilə şəkər xəstəliyi zamanı, qaraciyər və dəri xəstəliklərində – qaşınma, sızanaq, səpgi, çiban, ekzema, oynaqların iltihabı xəstəliklərdə geniş tətbiq edilir. Qızdırmanı salıcı, orqanizmdə qanın keyfiyyətini yaxşılaşdırıcı və sakitləşdirici kimi təsirlərə malikdir. Cincilimdən ərzaq məhsulu kimi də geniş istifadə olunur. Əsasən qutab və dovğada istifadə olunur.

Ürək ağrılarında: Ovuc böyüklüyündə bir dəstə təzə cincilim 0,5 litr qaynar suda 6 saat dəmlənir, süzülür. Yarım stəkandan gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Müalicə müddəti 2-3 həftədir. Ürək xəstəliyindən əziyyət çəkənlər gündəlik təzə cincilimdən hazırlanmış salatlar qəbul etməlidir.

Qalxanvarı vəzin xəstəliklərində: Bir xörək qaşığı quru bitkinin üzərinə 1 stəkan qaynar su tökülür, 20 dəqiqə dəmlənir , soyudulur süzülür. 1/3 stəkandan gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir. Müalicə müddəti 6 aydır. Hər il profilaktika məqsədilə kurs təkrar edilə bilər.

Mədənin xora xəstəliyində: Hər gün səhər acqarına 1 çay qaşığı təzə sıxılmış cincilim şirəsi içilir. 2 xörək qaşığı quru cincilim üzərinə 1 stəkan qaynar su tökülür, dəmlənir, axşamdan səhərə kimi saxlanır. Səhər süzülür və gün ərzində hər yeməkdən 15 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 8730
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri