Yemişin faydaları nələrdir?
Yaz
aylarının ən şirin, ən gözəl meyvələrindən biri olan yemiş, qoxusuyla
insanı sakitləşdirir. Yeməkdən əvvəl yemiş yemək çox faydalıdır. Həzm
orqnlarını təmizləyir və xəstəlikləri aradan qaldırır.
Böyrəkdə
olan qumların tökülməsi zamanı rahatlaşdırıcı və sakitləşdirici kimi
məsləhət görülür. Böyrək - sidik kisəsi iltihabında yemiş tumu, qarpız
tumu və xiyar tumu faydalıdır.
Yaz
aylarında tez-tez istifadə etdiyimiz meyvələr arasında yer alan yemişin
sağlamlığımıza verdiyi faydasını saymaqla bitmir. Yemişin insan
orqanizmi üçün ən gözəl faydaları aşağıdakılardır:
Bədəni
sərinlədir. Sidik qovucudur. Yemişin sidikqovucu xüsusiyyəti də var.
Sidik yolu xəstəliklərindən şikayət edənlərə bol - bol yemiş yemələri
tövsiyə edilir.
Qəbizliyi aradan qaldırır.
Revmatizm və babasil ağrılarını azaldır.
Böyrəkləri təmizləyir. Böyrək daşlarını və qumlarını tökməyə köməkçi olar.
Sakitləşdirici təsiri ilə rahatlıq verir və yuxusuzluğa yaxşı gəlir.
Dərinin
təzə görünməsini təmin edir. Dəriyə qulluq üçün də faydalı olan yemiş,
əzilib soyuq südə qatıldıqdan sonra üzə çəkildikdə dərini nəmləndirir.
Xüsusilə quru dərilərə çox faydalıdır.
Tumları
döyülüb suda qaynadıldıqdan sonra əldə edilən su içildiyi zaman sinə
ağrısı və öskürəyə yaxşı gəlir. Bəlğəm, burun tıxanması kimi tənəffüs
yolu xəstəliklərinin aradan qaldırılmasına da kömək edir.
Yanıqlara yemiş qoyulsa, ağrını yüngülləşdirər və yaxşılaşmasını sürətləndirər.
Yemiş
tam olaraq yetkinləşmədən yeyilməməlidir. Ayrıca, mədə xorası və həzm
sistemi iltihabı olanlara yemiş yemək tövsiyə edilmir.
Qaraciyər xəstələrində də yemiş tumunun suyu faydalıdır. Lakin gündə bir stəkandan çox içmək məsləhət deyil.
Ət bişirərkən qabıqlarından bir parça əlavə edilsə, ət tez bişər.