Aparılan araşdırma zamanı hər gün bir ovuc qoz yeməyin xərçəngli hüceyrələrin böyüməsini zəiflətdiyi məlum olub.
Bu araşdırma ABŞ-da aparılıb.
Siçanlar
üzərində aparılan araşdırma nəticəsində Omega-3 və digər sağlam
komponentlərə malik olan qozun prostat şişinin böyüməsini yavaşlatdığı,
eyni nəticənin insanlarda da ortaya çıxma ehtimalının yüksək olduğu
ortaya çıxıb.
Kaliforniya
Universitetində aparılan araşdırmanı idarə edən Paul Devisin sözlərinə
görə, qoz yeyən siçanlarda xərçəngli prostat şişləri parçalayır, xəstə
hüceyrələrin böyüyərək yayılmasında zəifləmə müşahidə olunur. P. Devis
ən ölümcül xərçəng növünün ikincisi olan prostat xərçənginə tutulmamaq
üçün hər gün ən azı 14 qozla yanaşı kifayət qədər meyvə və tərəvəz
yeməyin vacib olduğunu bildirib.