Quranda
əhəmiyyəti vurğulanan meyvələrin bir çox xəstəliklərin qarşısını aldığı
və ya müalicəvi təsirinin olduğu bu gün elmi cəhətdən sübut edilmişdir.
Məsələn, dünyada ən çox yeyilən meyvələrdən olan banan vitamin, zülal,
mineral və amin turşuları ilə zəngindir. Tərkibində B1, B2, C, A və E
vitaminləri və bol miqdarda kalium, dəmir, kalsium, fosfor, natrium və
yod mövcuddur. Kalori dəyəri yüksək olan bananın tərkibində xolesterol
yoxdur. B1 vitamini sayəsində orqanizmin infeksiyalardan qorunmasında
mühüm rol oynayır, həmçinin sinir toxumalarının normal fəaliyyətinə
kömək edir. Tərkibi 75 % su, 1.3 % zülal, 0.6 % yağ, müxtəlif
karbohidratlar və kaliumdan ibarətdir.
Banan
bir çox xəstəliklərin müalicəsində, xüsusilə, yüksək temperatur, həzm
problemləri, əzələ spazmı, əzələ boşalması kimi narahatlıqlar zamanı
tövsiyə olunur. Qan təzyiqini aşağı salır. Banandan, həmçinin
allergiyanın müalicəsində də istifadə edilir.
Tərkibindəki
kalium və natrium bədənin su balansını tənzimləyir, hüceyrə və
əzələlərin inkişafını, ürək döyüntülərinin normal fəaliyyətini təmin
edir. Qırmızı qan hüceyrələrinin yaranmasına kömək edir. Enerji
istehsalına yardım edir. Stressə qarşı dözümlülük yaradır. Həmçinin
anemiyanın bəzi növlərini müalicə edir. Banan ürək-damar xəstəliklərində
də müalicəvi təsirə malikdir. Yorgunluğu və ishalı aradan qaldırır.
Dünyadakı
növbənöv meyvələr insanlar üçün həm mühüm qida mənbəyi, həm də şəfa
qaynağıdır. Bir-birindən ləzzətli olan qidalar, eyni zamanda, insanların
yaşaması üçün vacibdir.
İndi
isə yaşamağımız üçün lazım olan bu qidaların dadsız olduğunu və ya
dadlarının xoşagəlməz olduğunu düşünək. Yaxud çox ləzzətli olmaqlarına
baxmayaraq, zərərli olsaydılar... Ya da yalnız bir neçə növ qida olsaydı
və insanlar bunlardan sadəcə həyatda qalmaq üçün faydalansaydı... Nə
edərdik? Dünyada bu qədər çox nemətə sahib olmağımızın yeganə səbəbi
Allahın insanlara olan lütfü və rəhmətidir. İnsan təkcə meyvələr
haqqında düşünməklə də sahib olduğu sonsuz nemətləri dərk edə bilər.
Heç
yaradan yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət
götürməyəcəksiniz? Əgər Allahın nemətlərini saymalı olsanız, onları
sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
(Nəhl surəsi 17-18)