Ərzaqlar: 1 yemək qaşığı melisa (limonotu) 1 çimdik çobanyastığı 6-7 yarpaq təzə nanə 1 yemək qaşığı qara şəkər 1/2 limon 1 litr su
Hazırlanması: Qaynar suda melisa (limonotu) və çobanyastığını 4-5 dəqiqə dəmləyin. İçinə şəkər əlavə edib ilıqlaşanda limonun suyunu və rəndələnmiş qabığını əlavə edin. Təzə nanə yarpağı ilə bəzəyərək süfrəyə verin.