Kahının inanılmaz faydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 824
Səs ver:
(səs: 0)
B1 və B 12 vitaminləri ehtiva edən kahı, xüsusən A vitamini baxımından çox zəngin bir qida qaynağıdır. Bundan başqa, kalium baxımından da olduqca zəngindir. Həmçinin tərkibinə magnzeyum başda olmaq üzrə, bir çox mineral daxildir. (faydalarizararlari.com)

Qadınla.Com bildirir ki, kahının sağlamlıq üçün faydaları olduqca çoxdur. Təsirli bir dəmir anbarı olduğuna görə, kahı dəmir çatışmazlığından irəli gələn qan azlığı və saç tökülməsinə qarşı qoruyur. Dəmir eyni zamanda qan və damar sağlamlığının qorunmasına da yardımçı olur. Bundan əlavə, beyinə sağlam bir şəkildə oksigen getməsi üçün dəmir həyati əhəmiyyət kəsb edir.
Kahının tərkibində həmçinin C vitamini də yer alır. C vitamini sərbəst radikallara qarşı ən təsirli vitaminlərin başında gəlir.
Bu xüsusiyyətlərinə görə, bir çox xəstəliyə tutulma riskini azaldır və bəzi xəstəliklərinin müalicəsində istifadə edilir. Antioksdian təsiri ilə kahı həmçinin, xərçəng xəstəliklərinə də tutulma riskini azaldır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 824
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri