Soyuq havalarda immunitetinizi bu üsullarla gücləndirin

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 874
Səs ver:
(səs: 1)
Məlum olduğu kimi soyuq hava şəraiti qrip və soyuqdəymə kimi çox xəstəliklərə səbəb olur.Məqalədə soyuq havalarda sizi infeksiyon xəstəliklərdən qoruyacaq reseptlər yer alıb.

5 ədəd mixək, 2 ədəd yenibahar bitkisini əzib toz halına gətirin. Kiçik qazana 1 stəkan şəkər, yarım stəkan su töküb, üzərinə 1 xörək qaşığı limon suyu sıxın. Sonda toz halında mixəyi və yenibaharı üzərinə əlavə edin. Əlavə olaraq yarım çay qaşığı istiot və toz zəncəfil, eləcə də 2 xörək qaşığı mürəbbə əlavə etmək olar. Daha acı olması üçün istiotun miqdarını artıra bilərsiniz. Sirop kimi olana qədər 15-20 dəqiqə qaynadın. Bir az soyuduqdan sonra yağlı kağızın üzərinə qaşıqla kiçik həb şəklində damcı-damcı tökün. Quruduqdan sonra üstünə şəkər kirşanı səpin.

Öskürək kəsici
10 çay qaşığı istiot, 1 xörək qaşığı bal və qaynar suyu qarışdırıb için. Bu cövhər öskürəyi dayandıracaq və qulaqlarınız azca qızaracaq.

İsti zəncəfil çayı
Qoz qədər zəncəfili sürtgəcdən keçirib bir stəkan su ilə qaynadın. Qaynadıqdan sonra 1 limonun suyunu əlavə edib için.

Qaynar portağal suyu
3 portağalla 1 limonun suyunu, eləcə də 2 portağalın qabığını sürtgəcdən keçirib qaynadın. İsti halda içinə 1 xörək qaşığı təmiz bal və istiot əlavə edib için.

Zəncəfilli yerkökü suyu
4 ədəd yerkökünü, 1 ədəd limonu və qoz böyüklüyündə zəncəfili blenderdən çəkib için.

İsti süd və bəhməzli çörək
Tavaya 1 xörək qaşığı kərə yağı tökün. Əridikdən sonra 3 xörək qaşığı doşab əlavə edib üzərinə çörək dilimini qoyun və iki tərəfini da yaxşıca qızardın. İsti süd ilə yeyin.

Nəfis bitki çayı
18 ədəd darçın çubuğu, 2 xörək qaşığı hil, 1 xörək qaşığı dörd rəng istiot, 2 xörək qaşığı mixəyi həvəngdə döyüb toz halına gətirin. Bu ədviyyat qarışığının 2 xörək qaşığını dəmləyib içinə 3-4 dilim təzə zəncəfil əlavə edin. Ən az 15 dəqiqə dəmləməsini gözləyin. Nə qədər çox dəm alarsa, dadı bir o qədər çox açılacaq. Zövqə görə, süd əlavə edib içə bilərsiniz.

Şərbət
Qazana 2 litr su töküb içinə 1 xörək qaşığı yenibahar toxumu, qoz böyüklüyündə soyulmuş təzə zəncəfil və ya dərman alpiniyası, həmçinin 2 çubuq darçın, 1 xörək qaşığı mixək əlavə edib 1 saat qaynadın. Sonra 1 stəkan bəhməz əlavə edib 1 saat da qaynadın. Üzərinə bol qoz ləpəsi və ya mikserdə köpüklənmiş isti süd əlavə edərək içə bilərsiniz.

İsti şokoladlı firni
Firni insan bədənində istiliyi daha uzun saxlayır. İsti firninin üzərinə 2 xörək qaşığı şokolad yağı əlavə edib qarışdıraraq yeyin.

Ballı iksir
Bu resept çox sadədir. Soyuq suya, kobud şəkildə doğramış alma, portağal, təzə nanə, təzə zəncəfil və limon töküb qaynadın. Bir stəkana süzdükdən sonra içinə bal əlavə edin. Zövqə görə yumru istiot də atmaq olar.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 874
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri