Dərmandan daha effektli olan sarımsaq həm də xəstəlik yaradırmış

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 2 965
Səs ver:
(səs: 0)
Sağlamlıq cəhətdən müxtəlif faydaları ilə tanınan sarımsaq xəstəliklərə dərman qədər effektiv təsir göstərir. Xüsusilə də daxili və dəri xəstəlikləri zamanı daha çox dərman məqsədi ilə istifadə edilir.

Qadinla.com bildirir ki, son zamanlar sarımsağın zərəri ilə bağlı iddia ortaya çıxıb. İddiaya görə sarımsaq faydalı olsa da, çox yemək və ya dərman preparatı kimi udulması mədə xəstəlikləri yaradır.

Həqiqətənmi dərman məqsədilə udulan sarımsaq təhlükəlidir?

Türkiyəli elm adamları bu barədə bir çox təcrübələri sınaqdan keçiriblər. Nəticədə isə sarımsağın faydalı olduğu qədər zərərinin də mövcud olduğunu təsdiqləyiblər.

Araşdırmaya əsasən xüsusilə sarımsaqdan mədəsində qastrit, reflüks problemi yaşayan insanların istifadə etməsi tövsiyə edilmir.

Ehtiyac olsa belə ən çox bir diş sarımsaq faydalı ola bilər.

"Çox udulduğu zaman mədə və mədəyə gedən yolda yanma, acılıq, qıcqırma yarana bilər. Əgər xəstə dərman məqsədilə sarımsaqdan istifadə etmək istəyirsə, bunu ancaq həkim tövsiyəsindən sonra edə bilər", - deyə araşdırmanın nəticəsində qeyd olunur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 965
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri