Böyrək qumu nədir?

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 016
Səs ver:
(səs: 0)
Böyrək daşları daha kiçik ölçülərdə olduğu zaman, bunlara böyrək qumu deyilir. Bir qum dənəsi qədər kiçik ola bilən böyrək daşı eyni zamanda göy noxud qədər də böyük ola bilər. Böyrək qumları ya da daşları yumşaq və ya iti ola biləcəyi kimi rəngləri də ümumiyyətlə sarı və ya qəhvəyi olur.

Qadınla.com bildirir ki, böyrək daşı kiçikdirsə, yəni qum dənəciyi kimidirsə, öz-özünə bədəndən xaric ola bilir. Böyrək qumu daşlara nisbətlə çox az ağrı yaradır ya da hər hansı bir ağrıya səbəb olmur.

Böyrək qumunun müalicəsi

Böyrək qumu necə müalicə oluna bilər? Böyrək qumunun əksər hissəsi bədəndən atıla biləcək qədər kiçikdir və ümumiyyətlə də, evdə müalicə edilə bilər. Digər tərəfdən, qumlar ya da daşlar olduqca ağrılı ola bilər. Bir neçə gün davam edən bu ağrılar, çox vaxt daş xaric olduqdan sonra yoxa çıxır.

Dərman müalicəsi: Şiddətli ağrı varsa, həkim ağrıkəsici təyin edə bilər. Bəzi hallarda ürək bulanması və qusma əleyhinə dərmanlardan da köməkçi vasitə kimi istifadə edilə bilər.

Böyrək qumu ya da daşı götürmək üçün əməliyyat: Çox böyük olan daşları böyrəkdən çıxarmaq üçün əməliyyat tətbiq oluna bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 016
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri