Yuxu dərmanları ölümə səbəb ola bilər - Xəbərdarlıq!

Müəllif: Diablo
Şərhlər: 3
Baxılıb: 2 041
Səs ver:
(səs: 0)
Aparılan araşdırmalara görə, hazırda insanlar 70 il bundan əvvəlkindən gündə iki saat daha gec və keyfiyyətsiz yatırlar.

Şəhərləşmə və texnologiyanın inkişafı yuxu rejiminin pozulmasının ən önəmli amilləri arasında yer alır. Müasir dünyanın ən böyük problemlərindən olan yuxusuzluğa qarşı reseptsiz istifadə olunan dərmanlar ölümə belə yol aça bilir.

Qadınla.Com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin sinə xəstəlikləri üzrə mütəxəssis-həkimi Emin Akkoyunlu deyib: “Yaxşı yuxu üçün ilk növbədə qaranlıq bir otaq olmalıdır. Cib telefonları da daxil olmaqla hər sahədə istifadə olunan ledlər beyində gündüz hissi yaradır.

Yatmamışdan əvvəl televizor, telefon və kompüterə baxmaq beyində kortizon kimi stres hormonları yaratmaqla yuxunu dağıdır. Yuxusunu almadan günə başlayanlar isə yuxularını dağıtmaq üçün kofein kimi xəbərdaredici vasitələr istifadə edərək problemi körükləyirlər”.

Həkim bildirir ki, yuxusuz qalmaq duyğulara, diqqətə, hafizəyə, düzgün qərarlar qəbul etməyə təsie edir, depressiya yaradır: “Dərmanla yuxuya getmək həqiqi və istirahət verən yuxudan çox uzaqdır.

Bundan başqa, hər hansı bir xəstəliyiniz varsa, istifadə olunan digər dərmanlarla yuxu dərmanların qarşılıqlı təsirləri ciddi problemə yol aça bilər. Tənəffüsə təzyiq edən bu dərmanlar ölümə qədər aparan problemlərə yol aça bilər. Maykl Ceksonun ölüm səbəbi də bundan yarandı. Buna görə də kiminsə tövsiyəsi ilə reseptsiz yuxu dərman istifadə olunmamalıdır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 041
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri