korpe balam

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 7 774
Səs ver:
(səs: 4)

 

http://imgs.su/tmp/1315629307-656.jpg

 

Yenə həmin otaq, həmin dəftər və qələmim!

Mənim hisslərimin tam açıldığı bir yer. Hər bir şeyin öz vaxtı var.

Nəyisə əldə etmək istəyirsənsə, onu dəhşətli   dərəcədə arzulayırsan. Öz-özünə deyirsən: "Bu arzum da yerinə yetsəydi, başqa heç nə istəmirəm". Ancaq çətini bu arzunun yerinə yetməsidir. Yenidən nəyisə arzulayirsan. Məktəb illərində universitetə daxil olmaq, tələbəlik illərində sevilmək, sonra ailə qurmaq arzusu ilə yaşayırsan. Daha sonra isə ana olmaq arzusu ilə yaşayırsan. Mənim kimi...

Bütün düşüncəm, planım, duam artiq SƏN olmusan. Həmişə istəmişəmki, ailə qurandan sonra BALAM tez dünyaya gəlsin. Artıq  ailəliyəm. Ancaq hələ varlığını belə hiss etməmişəm. Sən mənim üçün çox tez var olmalısan. Çünki səni mən çox istəyirəm. Sən mənim hər şeyim olacaqsan - varlığını gördükcə sakitləşən, sevinən biri olaram! Nə olar tez gəl! Sənə həqiqətən ehtiyacım var. Sən mənim arzuladığım arzusan! Tez gəl! Bilmirəm burdasan ya yox, amma var olmağını elə istəyirəm ki... Məni duyursanmı görəsən? Bilmirəm... Amma artıq sənsiz yaşamaq maraqsız gəlir. Artıq gəlməyinin zamanı çatıb. Sənin varlığını istəməyən bir kimsə yoxdu. Sənin üçün nə qədər planları olanlar var. Təsəvvür et, bizi nə qədər sevindirərsən. ANA, ATA, NƏNƏ, BABA - çox dəyərli sözlərdir. Səninlə keçirilən nə qədər günlər var. Nə olar, tez gəl. Hərdən düşünürəm: sənin varlığını bildiyim gün nə edərəm? Varlığını bilmək, döyüntünü hiss etmək, tərpənməyini görmək... və səni qucağıma alacağım ilk gün - ən böyük arzum! Məni arzumla yaşatma! Reallığınla yaşat! Zamanından əvvəl yarpaq tökülməz! Qismətdən artıq yemək olmaz! Allahın bildiyi bir zaman vardir! Bunlari dərk etmək üçün SƏBR olmalıdır! Allahım, sən mənim səbrimi alma!


(səs: 4)
Şərhlər: 0
Baxılıb: 7 774
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri