İlk tibbi yardım. Tənəffüs yolunun yad cisimlə tıxanması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 411
Səs ver:
(səs: 0)
Yad cism tıxanması əksər hallarda yeyərkən və içərkən, gülmə  və ya  ani  hərəkət nəticəsındə, uşaqlar oynayarkən cismlərı ağız və burunlarına salması nəticəsındə  meydana gəlır.
1. Əgər insanda yüngül tənəffüs yolu tıxanması varsa və öskürürsə müdaxilə edilmir. Kürək sümüklərinin arasından yüngülcə vurmaqla kömək etmək olar.

2. Əgər şiddətli tıxanma varsa danışa və  öskürə  bilmirsə, huşu  aydındırsa  müdaxilə edilməlidir.

Heimlich manevrası
- Bunun ücün insanın yan – arxa tərəfinə keçin, bir əlinizlə sınədən dəstəkləyın, onu  mümkün qədər önə əyilməsını söyləyin, digər əlinizin biləyi ilə kürək sümüklərı arasından 5 dəfə vurun. Heımlıch manevrası hamilələrdə döş sümüyünün aşağı qısminə - ürək masajı edilən yerə tətbiq olunur.

1 yaşın altında olan körpələrdə  qaraciyəri zədələyə biləcəyi üçün Heımlıch  manevrası  məsləhət deyil.

Yad cısmın çıxıb çıxmamasına baxın. Əgər cəhd uğursuz oldusa:

Qarında itələmə
- nəfəs yolu tıxanan insanın arxasına keçin, qollarınızı onun qoltuqaltından keçirin və əlinzi yumruq şəklində , baş barmaq qarına söykənməklə qarın bölgəsınə - göbək çuxurunun  yuxarısına dayayın.Ona önə  əyılməsını deyın.Bır əlinizi yumruq şəklində göbəyin yuxarısına yerləşdirin, digər əlınızlə  dəstəkləyərək  5 dəfə içərı - yuxarı təkan edin.

Kök və hamilələrdə yad cismi çıxarmaq üçün əlinizi qarına deyil, döş sümüyünün ortasına yerləşdirin.

Əgər  insanın huşu  aydın deyilsə onu yerə yatırın, təcili yardıma zəng vurun və ürəyi masaj edın.

Körpələrdə yad cismi çıxarmaq  üçün bir dizinizi yerə dayayıb oturun, körpəni digər.

Dizinizin üstündə  ön qolunuza üzüstə yatırıb (qolunuzu uşağın ayaqları arasından keçırın) əlinizlə  çənəsini tutun, başıaşağı əyin. Kürək sümüklərı arasından digər əlinizin biləyi ilə 5 dəfə vurun. Adətən 2 -3 dəfə vurduqdan sonra körpə ağlamağa başlayır. Bu zaman uşağı  arxası üstə çevirin, ağzına gəlmiş yad cismi çeçelə barmağınızla çıxarın. 5 dəfə vurduqdan sonra körpə ağlamırsa davam edin və təcili yardım çağırın. Digər üsul döşdən basma üsuludur. Bunu təlim keçməyənlərin etməsi məsləhət görülmür. Üsul budur: Qolunuzu körpənın kürəyinə dayayın və onu bu qolunuzun üstünə arxası üstə  yatırın və  barmaqla 5 dəfə də sinədən yüngülcə basın.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 411
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri