Soyuqdəymə,
zökəm, qrip və digər yoluxucu xəstəliklər daha çox ələ bulaşan
mikroblar vasitəsilə yayılır. Bunun qarşısını almaq üçün ən yaxşı yol
isə əlləri tez-tez yumaqdır.
Yoluxucu
qış xəstəliklərinin əsas "səbəbkarları” daha çox viruslar göstərilir.
Məsələn, influenza adlı virus, dəridə 5 dəqiqə, geyim əşyalarında, kağız
və dəsmallarda 8-12 saat, qapı dəstəyində, oyuncaqlar üzərində 24-48
saat yaşaya bilir. Digər bir virus olan qastroenterit isə 6, hətta 60
gün yaşayır.
Yuxarıda
deyildiyi kimi virus çirkli əl, öskürmə, asqırma və tüpürcək yolu ilə
yoluxur. Biz də hər yerə toxunduğumuz üçün əllərimizin təmiz qalması
mümkün deyil. Qrip, sarılıq və ishala səbəb olan bağırsaq parazitləri də
əl vasitəsilə yayılır. Uşaqların əksəriyyəti əllərini yumadıqları (və
ya yaxşı yumadıqları) üçün mikroblara daha asan yoluxurlar. Xüsusilə,
ayaqyolundan sonra əllərin təmiz yuyulmaması, eləcə də məktəbdə istifadə
edilən silgi, qələm və pozan kimi əşyalar yoluxucu xəstəliklərin
yayılmasına səbəb olur.
Yadda
saxlamaq lazımdır ki, mikroblar ancaq əlverişli şərait olduqda çoxalır.
Buna görə də, əli isti su ilə yumaqla da mikrobun məhv olmasına əmin
olmaq çətindir. Çünki əlin mikrobun məhv olduğu isti suya dözməsi
qeyri-mümkündür. Buna görə də, su və sabunla əl-ayağı, barmaq aralarını,
barmaq uclarını (bilək də daxil olmaqla) yaxşıca yumaq lazımdır. Bundan
başqa, ictimai yerlərdə əlləri kağız dəsmalla qurulamaq məsləhətdir.