Süd vəzi xərçəngi hava çirklənməsi ilə bağlı ola bilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 8 151
Səs ver:
(səs: 1)
"Çirklənmə yüksək olan ərazilərdə yaşayan qadınların süd vəzi xərçənginə tutulması təqribən iki dəfə daha artıq idi.”

Təzəlikçə Kanadanın Monreal şəhərinin tədqiqatçıları tərəfindən nəşr olunan tədqiqata əsasən çirklənmə və süd vəzi xərçənginin göstəriciləri arasında  narahatedici əlaqənin olduğu aşkarlanıb.  Elm adamları bu tədqiqat üçün hava keyfiyyətinin göstəricisi olan  azot  dioksidi qeydə alan tarixi hava çirklənmə xəritəsi ilə 1996-97-ci illərdə süd vəzi xərçəngi diaqnozu qoyulmuş qadınların ev ünvanlarını istifadə etmishlər ki, bud aha əvvəl sınanılmamışdı.

Monreal ərazisində NO2-in səviyyəsi  milyardda 5 hissədən milyardda 30 hissəyə qədər dəyişir. NO2-in hər milyardda 5 hissə artımının riski 25%  artırdığını aşkarlamışıq. Bir başqa yolla desək, çirklənmə yüksək olan ərazilərdə yaşayan qadınların süd vəzi xərçənginə tutulması daha az çirklənmə olan ərazilərdə yaşayanlarla müqayisədə təqribən iki dəfə daha artıq idi.

Lakin bu qəti olaraq NO2-in birbaşa və ya dolayı yolla süd vəzi xərçənginə səbəb olacağı mənasını vermir. Qarşılıqlı əlaqə səbəbiyyət demək deyil.  NO2-in səviyyəsi yüksək  olan ərazilərdə adətən digər başqa  çirkləndiricilərə də rast gəlinir. Əgər havanın çirklənməsi süd vəzi xərçəngi üçün səbəb amilinə çevrilərsə,  bu NO2-in burada əsas amil olduğu qənaətinə gətirir.

Əlavə tədqiqatlara mütləq ehtiyac var, lakin bu, daha çox məlumat almaq  üçün nələrə diqqət yetirməli olduğumuzu göstərən yaxşı başlanğıcdır.  Eyni zamanda, bu bizə havanı təmiz saxlamağımız üçün daha bir əsas verir.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 8 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri