Son araşdırma sübut edib ki, zəif cinsin nümayəndələri əslində daha çox xəstələnirlər. Bu barədə "The Daily Mail" yazır.
Barselonanın
Səhiyyə Agentliyindən doktor Devid Melmasinin rəhbərliyi ilə aparılan
tədqiqat zamanı müəyyən olunub ki, qadınlar nəinki daha çox
xəstələnirlər, həmçinin onlar arasında xroniki xəstəliklərin göstəricisi
daha yüksəkdir. Qadınlar özləri isə vəziyyətlərini daha mənfi
qiymətləndirirlər.
Mütəxəssislər
29 min insanın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə
gəliblər. Məlum olub ki, qadınların 38,8 faizi sağlamlıq vəziyyətlərini
"pis", yaxud "çox pis" qiymətləndirir. 25,7 faizi isə xroniki xəstəliyin
onların aktivliyini məhdudlaşdırmasından şikayətlənir. Kişilərdə isə bu
göstəricilər müvafiq olaraq 27 faiz və 19,3 faiz təşkil edir.
Lakin
daha yaxından baxdıqda məlum olub ki, analoji xəstəlik kişilər və
qadınlar tərəfindən müxtəlif qiymətləndirilib (qadınlar xəstəliklərə
daha çətin tab gətirirlər). Qadınlar artrit, psixi pozğunluq və əzələ
problemləri kimi xroniki xəstəliklərdən daha tez-tez əziyyət çəkirlər.