Vəcihə Səmədova haqqında

Müəllif: NoName
Şərhlər: 12
Baxılıb: 1654
Paylaş:
Səs ver:
(səs: 2)
Vəcihə Əli qızı Səmədova 1924-cü ildə anadan olmuşdur.

Görkəmli Azərbaycan rəssamı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi.

1939-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alan Vəcihə xanım, sonradan V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq fakültəsinə — tanınmış rus rəssamı Pavel Korinin emalatxanasına daxil olur. O, 1951-ci ildə "Üzeyir Hacıbəyov tələbələri arasında" adlı diplom işini müvəffəqiyyətlə müdafiə edir.

Müəllimlərinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova vətənə qayıtmağı üstün tutaraq, müstəqil yaradıcılığa başlayır. O, Azərbaycanın ilk pesəkar qadın rəngkarı olur.

«Göy göl» — 20x35, karton, yağlı boya, 1956 V.Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzir. Bunun bəhrəsi olaraq «Kür qırağında», «Mahnı», "İntizarda", «Toya hazırlıq» tematik tabloları, «Qoşqar yaylağında», «Göy göl», «Kəpəz», «Kür sahillərində» silsilə mənzərələri, «Aktrisa Leyla Bədirbəylinin portreti», «Pambıqçı», "Şamama Həsənovanın portreti", «Geoloq Minirə Məmmədbəylinin portreti» kimi əsərlər yaranır.

Vəcihə Səmədova eyni zamanda əvvəllər təhsil aldığı rəssamlıq texnikumunda da pedaqoji fəaliyyət göstərir. İstedadlı gənclərə sənətin sirlərini öyrədir.

1962-ci ildə rəssamın Bolqarıstana yaradıcılıq ezamiyyətinin nəticəsi kimi Bakıda onun fərdi sərıisi açılır. O, «Sofiyada bazar», «Türk qızı», «Tırnovo», «Bayram» və böyük ustalıqla işlənmiş digər tablolarla tamaşaçıların rəğbətini qazanır.

Qısa ömür yolu keçən, fitri istedada malik olan Vəcihə xanım Səmədovanın fərdi sərgiləri dəfələrlə Bakıda, Moskvada, Sofiyada uğurla nümayiş etdirilir. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub.

Bakının mərkəzindəki Azərbaycan Rəssamlar İttifaqının yaraşıqlı sərgi salonu 1965-ci ildən Azərbaycanın Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovanın adını daşıyır.

1965-ci ildə vəfat etmişdir.

loading...
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 1654
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Aysel Tatli
tanimirdim sizin sayenizde tanidim allah rehmet elesin
11 mart 2015 22:21
12
Offline
SENSİZ
tanimirdim sizin sayenizde tanidim tsk
10 mart 2015 21:43
11
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
emis
Oxudugum qederi ile yaxsi qadin olub Allah rehmet elesin nur icinde yatsin butun oluler
10 mart 2015 18:29
10
Offline
ulduz
HALAL OLSUNMM MERD QADINLARIMIZA DUZDU TANIMIRDIM AMA SAYENIZDE TANIDIM NE YAXSIKI QEYD OLDUM 1 ILIYDI QONAQ KIMI ELEBELE BAXIRDIM
10 mart 2015 15:36
9
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
Tomris Müslümova
men tanimirdim ne yalan deyim..ama oxudum
10 mart 2015 15:26
8

Sən sadəcə mənimsən...!
Offline
leyla_258
maraqlidir...
10 mart 2015 15:23
7
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
vipbetul
bu cur senet adamari cox erken heyatini itirir,Allah rehmet etsin
10 mart 2015 14:24
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Qlamurr
Ölkəmizdə yetərincə belə istedadlı,ziyalı dövlət xadimləri çoxdu,ancaq təəssüf o qədər də məlumatımız yoxdu..Həqiqətəndə sevindirici haldı,belə şəxsiyyətlərin olmadı.
10 mart 2015 12:48
5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Fialka
Çox gözəl haldır ki, ölkəmizdə bu cür istedadlı, savadlı xanımlar olub, Allah rəhmət eləsin...
10 mart 2015 09:16
4
Offline
xeyalperest
Duzu bu xanimin adini ilk defedi eşidirdim cox tesufki ama indi bildim tewekkur
10 mart 2015 08:55
3
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Offline
BARBI
Heqiqetende fitri istedadli xanim olub haqqinda cox oxumusam
10 mart 2015 08:01
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
aziz a
Vetenimizin bee istedadli ,yaradici insanlari cox olub, biz yaxsi tanimiriq, nede maraqlanmiriq, bizden turkiyenin, rusiyanin ve digerlerinin, mugenillerinin adlarini sorussalar gozu yumulu sayarig hele ustelik qohum eqrabasida yaninda.....
10 mart 2015 06:31
1
Rebbim kömek olsun cümlemize Amin

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv