Günahkar (1-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 3 796
Səs ver:
(səs: 1)
-Həsən......Həsən oyan.....Həsən.
-Nə var Elmir? Niyə yatmağa qoymursan? Nə var?
Həsənin sinirlə çığırmasına Elmir alışmışdı artıq. O,hər zaman sinirli tip idi amma ondan inciyə bilmirdi çünki Həsəni tanıyırdı. Onun təmiz qəlbi,dürüstlüyü və mərdliyi Elmirin ondan küsməsinə izin vermirdi.
-Bu gün iş görüşmən var. Unutdun deyəsən..... (məyus halda) bu gün son gündür.
Həsən qaşlarını düyünləyib yatağından qalxdı.
-Unutmadım.
Otağa ötəri nəzər yetirərkən gördüyü dağınıqlıqla üz gözünü daha da buruşdurdu.
-Düzəlməyəcəksən dəə......Topla otağı.
Hamam otağına keçib üzünə soyuq su çırpdı. Bu onu ayıltmışdı.....Hamamdan çıxdığı zaman Elmir otağı toplamışdı. Üzündəki məmnun ifadə ilə hazırlaşmağa başladı. Geydiyi qara şalvar və ağ köynək bədəninə tam oturur geniş omuzlarını və əzələli bədən qurluşun daha da göz önünə sərirdi. Bütün bunlar Həsənin yaraşığını qat-qat artırırdı. Dəri pencəyini geyinib evdən çıxdı. Yolda irəlilədikcə qızların ona tuşlanan baxışlarını önəmsəmirdi. Həsənin nağıllarda deyildiyi kimi qəddi-qamətinə,hüsnü-camalına aşiq olmayan qız çətin tapılırdı. Ancaq bu gün onu tək düşündürən iş idi çünki Elmirə söz vermişdi. Təhsil haqqını ödəmək üçün aldıqları borcu qaytarmalı idi. Bu gün borclu olduqları adamların,onlara verdiyi müddətin sonuncu günü idi elə ona görə də işləməli idi.
Həsən 27 yaşında ali təhsilli gənc dəliqanlı idi. Aldığı təhsil üzrə işləmirdi çünki ona iş verib dəstək olacaq nə bir qohumu vardı,nədəki kiminsə önündə əyilib iş istəyəcək qədər qürursuz xarakteri. Gündüzlər restoranların birində ofsiant,gecələr isə həmin restoranın alt mərtəbəsində ki gecə klubunda mühavizəçi olaraq çalışırdı. Arada bir neçə saat vaxt tapıb yatır dincini alırdı. Ancaq yarım ay olardı ki,gündüzlər işlədiyi restorandan ayrılmışdı,klubdan gələn gəlir isə ev kirayəsinə və dolanmasına ancaq yetirdi ona görədə əlavə iş tapmalı idi. Ən əsası isə Elmirin təhsil haqqını ödəmək üçün aldıqları borc idi. Elmirin sonuncu ili idi. Təhsilini yarımçıq qoymaması üçün bir bankirdən (sələmçi) pul almışdı. Həsənin bu cür qanunsuz işlərə baş vurmağının tək səbəbi Elmiri çox istəməsi idi. Özünə bənzədirdi onu.....Elmirdə Həsən kimi atasız böyümüşdü anası isə Elmiri oxuda bilmək üçün gecə gündüz işləyirdi və bir gün gec saatlarda işdən dönərkən yol qəzasında həyatını itirmişdi. O gün tanımışdı Həsən onu. Hadisə klubun qarşısında baş vermişdi. Elmirin fəryadı,çırpınışları Həsənin ağlından heç çıxmırdı. Elə o gündən Elmir onun bir parçasına çevrilmişdi. Öz yanından ayırmırdı. Anasını yarım qoyduğu işi Həsən tamamlayacaq,Elmirin universiteti bitrib haqq-ədalət tərəftarı bir vəkil olması üçün çalışacaqdı. Elə bu istəyi idi onu qanunsuz işlərə bulaşdıran. Elmirində özü kimi həyata küsməsini istəmirdi. Atasını itirdiyi zaman Həsənin 12 yaşı vardı. Anası isə bir neçə il sonra başqasıyla evlənmişdi......Nənəsiylə yaşayırdı......
Anası onu almaq istəsədə Həsən rədd cavabı verir hətta anası ilə üz üzə gəlməmək üçün xüsusi səy göstərirdi. Həsən universiteti qazanıb qiyabi təhsil almışdı elə diplomunu aldığı il də nənəsini itirmişdi. O gündən yaşadığı doğma rayonundan üz döndərib Bakıya yerləşmişdi. Bu olanlar Həsəni həyata küstürmüş qəlbində sağalmaz yara açmışdı. Özünə söz vermişdi,qəddar həyatın Elmiri də məhv etməsinə izin verməyəcəkdi.
Fikirlər içərisində addımlayırdı. Nə edəcəkdi? İşi alınmamışdı.....Elmirə qarşı özünü son dərəcə günahkar hiss edirdi. İndi onun üzünə necə baxacaqdı? Elmir bir neçə dəfə atadan qalma evini satmaq istədiyi fikrini irəli sürsədə Həsən qəti şəkildə etiraz edirdi. Sanki Elmir onun öz oğlu idi və onun yeganə işi oğlunun gələcəyini düşünmək idi. Bəs indi Elmirə nə deyəcəkdi? Utanırdı......Ona verdiyi sözü tuta bilməyəcəyi üçün utanırdı......Bir neçə gün möhlət istəmək üçün həmin adamların məkanına doğru irəliləyirdi. Əslində pullarını tələb edəcəklərini yaxşı bilirdi amma yenə də gedirdi. Pula ehtyacı olduğun biləndə bir dostu tanış etmişdi həmin bankirlə. Bu işə niyə bulaşmışdı ki? Əsl axmaqlıq etmişdi. Özünü danlayaraq baxışlarını yerə dikib yoluna davam edirdi. Boş boş yolları o qədər gəzmişdi ki,artıq hava tamam qaralmışdı. Bir anda eşitdiyi silah səsi və insanların bağrışma səsləri yerində dayanmasına səbəb oldu. Səsə irkilsədə qorxmadan ətrafına boylanmağa başladı. Biraz aralıda maşının arxasında gizlənən masqalı adamı gördük də baxışlarını itiləşdirdi. Adam silahını qarşıya,qorumaların əhatələdiyi birinə yönəltmişdi. Həsən qorxmadan bir neçə addım atıb arxadan killerə yaxınlaşdı. Bir əli ilə adamın ağzını tutub digər qolunun dirsəyini var gücü ilə adamın boynuna ilişdirdi. Həmin dəqiqə adam huşunu itirib yerə sərildi. Bunu görən qorumalar tələsik yaxınlaşaraq adamı tutub apardılar. Həsən başını qaldırdığı zaman qarşısında borc aldığı bankir Səlim bəyin baxışları ilə qarşılaşdı. Səlim bəy Həsənə yaxınlaşaraq bir əlini çiyninə qoydu.
-Sağol dəliqanlı,həyatımı sənə borcluyam.
-O nə sözdü. Kim olsa eynisini edərdi.
-Etməzdi.....Mərd oğlansan......Adın nədir sənin?
-Həsən.
-Həsən......Baxışların çox tanışdı sanki görmüşəm səni.
-Bəli bəy,sizdən borc götürmüşdüm. İndi də sizinlə danışmaq üçün gəlirdim.
-Nə barədə?
Həsən baxışlarını yerə dikdi. Daha öncə özünü heç bu qədər aciz hiss etməmişdi.
-Səlim bəy mən......Mən borcumu ödəyə bilmirəm. Mənə biraz daha vaxt verin.
Səlim bəy bir qədər fikirləşib dilləndi.
-Gəl mənimlə.
Həsən heç nə demədən onların arxasıyca addımlamağa başladı. Bir qədər getmişdilər ki,bir kluba daxil olub arxaya doğru irəlilədilər. Məkanın arxasındakı otağa keçdiklərində Səlim bəy masasına keçib dəri kresloya əyləşdi. Həsən fürsətdən istifadə gözucu otağı süzməyə başladı. Qəhvəyi rəngin hakim olduğu otaq olduqca zövqlə döşənmişdi. Otaqdakı aksesuarların,divarları bəzəyən tabloların eləcədə hər bir əşyanın bahalı olduğu ilk baxışdan nəzərə çarpırdı.
-Əyləş.
Səlim bəyin səsinə Həsən incələməsini dayandırıb irəliyə doğru addımladı. Üzbəüz qoyulmuş kresloya oturub dik baxışlarını qarşıya yönəltdi. Onun bu özündən əmin hallarını Səlim bəy bəyənmiş olacaqdı ki,nazik təbəssüm edib arxaya yaslandı.
-Sənə bir iş təklifim var dəliqanlı.
-Buyurun,eşidirəm.
-Sənin kimi cəsarətli oğlanlara ehtyacım olur. Mənim yanımda işlə.
Həsən dərhal ayağa qalxdı.
-Mənim bura gəlməkdə məqsədim,borcum üçün sizdən biraz daha zaman istəməkdi. Burda işləmək kimi niyyətim yoxdu.
-İşi qəbul etsən borcunu silərəm.
Həsən getmək istərkən eşitdiyi sözə yerində dayandı. Səlim bəy bundan cəsarətlənmiş olacaqdı ki,danışmağa davam etdi.
-Dəliqanlı,sənin borcun mənim 1 günlük qazancımdı. Yəni silsəm heçnə itirmyəcəm amma sən borcunu qaytara bilmək üçün çox çalışmalısan. Yaxşı düşün.....Sadəcə yaxın qorumam olacaqsan və çox qazanacaqsan....
Gecə gec saatlara qədər Həsən parkda oturub gözlərini bir nöqtədən ayırmadan düşünürdü. Sanki biraz əvvəl etdiyinin,Səlim bəylə razılaşdığının indi fərqinə varırmış kimi. Onların nə işlə məşğul olduğunu yaxşı bilirdi. Bəs nə üçün razılaşmış,bu təklifi qəbul etmişdi? Bunun səbəbi borcu idi? Təbii ki,yox.....Çünki Həsən pul qarşısında özünü sındırıb,kirli işlərə bulaşacaq biri deyildi. Necə olur olsun o borcu ödəməyi bacarardı. Bəs nə idi onu buna vadar edən?
Səlim bəyin şərtlər qoyaraq Həsəni razılaşmağa məcbur etmiş olması qəzəbləndirmişdi onu. Deyəsən səbəb məhz bu idi. Axmaqca bir fikir olduğunu başa düşmədən o gecə özünə söz verdi. Səlim bəyin onu alçaltmış olmasının heyfini çıxacaqdı. Necə edəcəyi,nə edəcəyi haqqında hələ ki,heç bir fikri yox idi amma olanlar Həsəni dərindən sarsmışdı.
Bu verilmiş söz onu hansı yönə çəkəcək,həyatını necə dəyişəcəkdi? Bütün bunlardan xəbərsiz Həsən o gecə özünə söz vermişdi......

Yazar: Afaq. Q
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 796
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri