Günahkar (5-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 3
Baxılıb: 2 380
Səs ver:
(səs: 0)
Həsənin yol boyu tək düşüncəsi vardı. İşdən ayrılmaq və Hüsnadan uzaq durmaq hətta mümkünsə bu şəhərdən getmək. Düşündüklərini həyata keçirmək üçün Səlim bəyə olan borcunu ödəməli idi. Bunun üçün də nənəsinin Həsənə miras qoyduğu torpaq sahəsini,biraz əvvəl əlaqə saxladığı əmisi vasitəsi ilə satışa qoymuşdu. Nənəsi həmişə arzu edərdi ki,Həsən həmin sahədə ev tikib evləndikdən sonra məhz orda yaşasın. İndi isə o,nənəsinin xəyallarını satışa qoyurdu. Buna görə yerərincə istirab çəkirdi amma ən əzından hər şeydən uzaqlaşacaqdı. Bu fikirlərlə məkana çatıb taksidən endi. İrəliyə doğru addımlayırdı ki,yol kənarında eşitdiyi hıçqırıq səslərinə ayaq saxladı. Ətrafına boylandığı zaman biraz aralıda hasara söykənib ağlayan yaşlı qadını gördü. Qadın o qədər içdən hıçqırırdı ki,Həsən dayana bilməyib yaşlı qadının yanına qaçdı.
-Nənə yaxşısız?
-Deyləm bala deyləm......Yaxşı deyiləm,olmayac
amda.
Həsən qadının halından heçnə başa düşməsədə anlayırdı ki,hər nə olubsa yaşlı qadının ürəyini dərindən yaralayıb.
-Gəlin mənlə.
Yaşlı qadının qolundan tutaraq biraz aralıdakı oturacağa oturmasına kömək etdi. Qadın oturar-oturmaz dizlərinə döyməyə başladı.
-Səni görüm ciyərin yansın......Bəladan heç gözün açılmasın.......Evimi yıxdın,evin yıxılsın.......Nə günahı vardı mənim yetimimin hə? Nə günah sahibi idi o tifil......Məhv etdin uşağımı.
-Nənə sakitləşin xaiş edirəm......Nə olub? Nə baş verib? Mənədə deyin. Bəlkə köməyim dəydi.
-Yox bala.....Kömək edəsi tək adam var o,da boyun qaçırır elə bil heç günahı yoxdu.
-Nənə söhbət kimdən gedir.
-Kim olacaq bala Səlim deyilən bu əclafdan. Bu sələmçi köpək oğlu yıxdı evimi.
-Nə?........Səlim bəymi?
-Tanıyırsan onu?
Həsən yaşadığı çaşğınlıqdan dolayı danışmağı unutmuşdu ona görə sadəcə başını yellədi.
-Çalış o,adamdan uzaq dur bala hələ cavansan.
-Sizə nə etdi ki?
-Oğlum Qarabağda,bu alçaq yaşasın deyəmi şəhid oldu? Öz canını vətən uğruna qurban verdi ki,bu əclafın balaları rahat yaşasın amma öz yetimi bu alçağın oyununa gəlib xəstəxanalarda sürünsün? Budur ilahi ədalət? Onun övladları xan kimi dolanır amma mənim nəvəmin ayılıb ayılmayacağı belə bilinmir.
-Mən heç nə başa düşə bilmirəm nənə. Nə baş verib aydın danışın.
-Nəvəm Eldəniz......Səlim bəyə borcu vardı. Bu alçaqda borca qarşılıq qızına sürücü götürdü. Sonra o,atası sifət ifritə qız nə etdi bilmirəm Eldəniz işdən ayrıldı. Atasına da deyib ki,mənə sataşdı. Bu harınlanmış alçaq döydürüb yetimimi. Komadadı.......Ayılacaqmı bilmirəm. Ciyərim yanır bala......Şikayət etdim amma nə fayda. Biz etmədik deyib dururlar. Bəs nə oldu mənim uşağıma. Bu hala kim saldı?
Eşitdikləri böyük bir şok yaşatmışdı Həsənə. Necə yəni? Səlim bəy bu qədərmi alçalmışdı? Bir gəncin həyatını məhv edəcək qədərmi? Bir an onun sözlərini xatırlamışdı " Dəliqanlı,məni tanıdıqca görəcəksən ki,heç kimin həyatı ilə oynayacaq biri deyiləm". Bu sözləri o,demişdi və az qalsın Həsən ona inanacaqdı. Üstəgəl Həsən özü də borcunu ödəyə bilmək üçün Hüsnanın sürücüsü olmuşdu. Bütün bunlar bir yana bəs Hüsna?.....Axı o,çox məsumdu o,kimisə incitməyi bacarmazdı ki......Necə başqasına şər ata bilər? Bu necə oyun idi?
Həsən anidən ayağa qalxıb üzünü yaşlı qadına tutdu.
-Siz yanılırsız......Səhviniz var.
-Ay bala sənə yalan borcum var? İnanmırsan get soruş amma bunlar həqiqətdi.
Yaşlı qadın ağlayıb döyünməyə davam edirdi. Həsən tam olaraq nə hiss etdiyini aydınlaşdıra bilmirdi. Gah irəli gah geri addımlayırdı. Gərginlikdən alnında və boynundakı damarlar üzə çıxmış,rəngi qap qara qaralmışdı. Əlini boynuna atıb sıxmağa başladı. Bədəninə yayılan gərginlik tez tez nəfəs alıb verməsinə səbəb olurdu.
-Mən indi gəlirəm.
Dedikdən sonra iti addımlara məkana daxil olub birbaşa Səlim bəyin otağına tərəf addımladı. Otağın qapısını döyüb "gəl" sözündən sonra içəri keçdi. Otaqda gərgin abu-hava özünü ilk andan biruzə verirdi.
-Səlim bəy,çöldə yaşlı qadın hönkür-hönkür ağlayır və onun dediklərinə görə bunun səbəbkarı sizsiniz.
Həsənin birbaşa mətləbə keçmiş olması Səlim bəyi lap qəzəbləndirdi.
-Sən bu işə qarışma!!!
-Necə yəni qarışma? Bunu edən cəzasını çəkməlidi elə deyilmi?
-Sənə qarışma dedim!!!
Səlim bəy avazı yetdiyi qədər çığırıb ayağa qalxdı.
-Bu məsələnin sənə heç bir aidiatı yoxdu dəliqanlı. Ona görədə qarışma.
Həsən heç duruşunu pozmadan qaşlarını düyünlədi.
-Yanılırsız Səlim bəy. Mən o,yaşlı qadının göz yaşlarını gördüyüm andan qarışdım bu işə. Hər kim edibsə cəzasını çəkməlidi.
-Həsən!!!- Səlim bəy ilk dəfə idi ki,ona adı ilə səslənirdi. İşarət barmağını havalandırıb sözünə davam etdi.-Sən qızımın təhlukəsizliyindən məsulsan ona görədə yalnız bu işlə maraqlan. Qalan işlərin sənə dəxli yoxdu,bunu da unutma.
-Qızınız.....- başını təəssüflə yelləyib davam etdi -öz övladınızı düşünün tək,başqa ata-ana nə yaşayır yaşasın hə Səlim bəy?
Səlim bəyin ona tuşlanan qəzəbli baxışları qarşısında Həsən heç nə demədən başını yelləyib məkanı tərk etdi. Çölə çıxdığı zaman yaşlı qadının,ağır addımlarla uzaqlaşmağa çalışdığını gördü və tələsik yanına qaçıb qolundan tutdu.
-Mən də sizlə gəlmək istəyirəm.
Yaşlı qadın heç nə demədən yoluna davam etdi. Bərabər xəstəxanaya gəlib reanimasya şöbəsinə qalxdılar. Qapının ağzında pərişan görünən gənc qız onları görüb cəld ayağa qalxıb yaxınlaşdı.
-Nənə hara getdin?
-O,Səlim itinin yanına. Ananla Səkinə hanı?
Yaşlı qadın oturacağa oturub yenidən göz yaşlarına boğuldu.
-Səkinə anamı güclə evə apardı biraz dincəlsin deyə.....Gözəl nənəm,sən niyə özünə əzab verirsən? Qaqaşa nə olduğunu demirlər onsuz.
-Balama nə olduğunu bilməliyəm. Onu niyə bu günə salıblar,kim edib? Bilməliyəm ya yox? Öz qızı o,adama necə dəyərlidirsə mənimki də mənə dəyərlidi.
Qız başını nənəsinin çiyninə yasladı. Həsən otağın pəncərəsindən içəri boylandığında gənc oğlanın aparatlara bağlı yatdığını görüb çox pis oldu. Günahı yox idi bəlkə də. Səlim bəyin və Hüsnanın qurbanı olmuşdu. Arxaya dönüb nənəsinin və bacısını sakit-sakit göz yaşı axıtdığını görüncə qəzəbi lap artıdı. Hüsna bir ailəni məhv etmişdi. Həsən yaşlı qadının qarşısında əyilib əllərini tutdu.
-Nənə sakitləşin xahiş edirəm.
Qadın gözlərini silib dərindən ah çəkdi.
-Eldənizin 2 yaşı,bu qızda anasının qarnında idi oğlum şəhid olanda.....Hərbiçi idi oğlum........Və
tənini seçdi o......Mən də hər zaman fəxr etdim onun seçimi ilə. Boy-buxunlu yaraşıqlı idi. Vətəni və ailəsi üçün yaşayan biri idi. Elə Eldənizdə atasına oxşuyub buna görədə inanmıram o qıza sataşmağına. Mən nəvəmə elə tərbiyə verməmişəm ki,yemək yediyi qaba tüpürə.
-O,ailə qurub?
Həsən səbirsizcə dillənib qadının sözünü kəsdi.
-Yox nişanlıdı. Toyunu edə bilmək üçün çalışıb didinirdik. Səkinə balamın nişanlısı çox yaxşı qızdı bir dəqiqə belə ayrılmırdı nişanlısının yanından. Universitet zamanından sevirdilər bir-birilərini evlənməyin xəyalını qurublar hər zaman. İndi o, qızın ucbatından onlar qovuşa bilməyəcək və hərə bir yanda əzab çəkir. O,qızı görsəydim üzünə tüpürərdim. Gör nə qədər insanın canının yanmasına səbəb oldu. Ona görə biz balamızın xeyir işini görə bilməyəcəyik.
Həsən daha da dinləyə bilməyib sağollaşaraq xəstəxanadan ayrıldı. Ürəyində təzəcə söndürdüyü nifrət alovu yenidən yanmağa başlamışdı. Gördükləri,eşitdikləri Həsənə o qədər təsir etmişdi ki,qisas haqqında yenidən düşünmədən dura bilmirdi. Səlim bəy başqasının övladını düşünməmişdisə,Həsən nə üçün onun övladını düşünməli idi? Hüsna gözləri qarşısına gəldikcə qəzəbi gözlərindən daşırdı. Nifrət edirdi,məsum bildiyi qıza nifrət edirdi çünki özüdə bilmədən vurulmuşdu Hüsnaya. Ən çoxda onun məsumiyyətinə ancaq indi mələk bildiyi qızın bir şeytandan fərqsiz olduğunu öyrənmişdi. Qəlbi sevgi dolu,beyni isə nifrət və qəzəb dolu idi. Həsən bu an beyni və qəlbi arasında sıxışmışdı. Sevdiyi qız tərəfindən xəyanətə uğramışdı. Bu onun qəlbinə qəribə bir ağrı verirdi. Sərsəm halı ilə evə gəlib birbaşa hamam otağına keçdi. Güzgüdəki əksini süzdü bir müddət. Elə tam bu sırada Hüsnanın xəyalı arxasında dayanıb gülümsəməyə başladı. Həsən qaşlarını düynləyərək yumruğunu var gücü ilə güzgüyə vurdu. Çilik-çilik olan şüşələr ətrafa səpələnərkən Həsən dişlərini qıcadı.
-Bunu necə etdin Hüsna....
Elmir səsə cəld qapını açdığında içəridəkıi şüşə qırıqlarını və Həsənin qanayan əlini görüb tez yanına qaçdı.
-Həsən nə olub? Yaxşısan?
Həsən sanki donmuş,heç nə demədən gözlərini bir nöqtəyə zilləmişdi.
Elmirin köməyi ilə vanna otağından çıxıb salona daxil oldu.
-Otur yaranı təmizləyim.
-Ehtyac yoxdu.
Həsən söznü deyib gödəkçəsini götürərək evi tərk etdi. Əlindən damcılayan qana fikir vermirdi çünki qəlbi daha çox qanayırdı. Gecə yarısına qədər küçələrdə avarə kimi gəzib dəniz kənarına gəldi. İnsanların ona tuşlanan qəribə baxışlarını önəmsəmədən dənizə doğru addımladı. Dənizin küləkli havası ayıldırdı onu. Yerə oturub sakitləşməyə çalışsada olmurdu. Həsən artıq qərarını vermişdi. Nə olur olsun əsla fikrindən dönməyəcək,düşündüklərini həyata keçirəcəkdi. Bununla da Səlim bəyə və Hüsnaya dünyanın onların ətrafında dönmədiyini göstərmiş olacaqdı. Necə bu qədər asanlıqla bir insanın həyatını məhv etmək olur bunu görmə növbəsi onlarda idi. Günü sabahdan düşündüklərini həyata keçirməyə başlayacaqdı ancaq düşünmədiyi yenə Hüsna idi. Bəlkə heç bir günahı yoxdur?
Həsən o gecə qəlbində təzə cücərməyə başlayan sevgi toxumlarını qoparıb oturduğu yerə dəfn etdi və onun yerinə nifrət toxumu əkdi. Əslində o,bunu bacardığını düşünürdü ancaq sevgi bu qədər asanlıqla silinsəydi o heç sevgi olmazdı...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 380
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri