Günahkar (2-ci bölüm)

Müəllif: Love Angel
Şərhlər: 0
Baxılıb: 3 358
Səs ver:
(səs: 0)
Bu gün Həsənin ilk iş günü idi. Səhərin ilk işıqlarında oyanıb hazırlaşdıqdan sonra evdən çıxdı. İti baxışlarını qarşıya yönəldib addımlarkən burnuna dolan təzə üyüdülmüş qəhvə qoxusu yerində dayanmasına səbəb oldu. Kafeyə daxil olub qəhvəsini alaraq geri döndü. Elə bu an arxasında dayanan qızın başı xəfifcə Həsənin çiyninə dəydi. Gənc qız alnını ovuşdurarq dodaqucu deyinməyə başladı. Bu olanlar onsuzda axşamdan bəri əsəbləri tamam gərgin olan Həsəni dəli etməyə yetdi.
-Bir şeymi dediniz xanım?
Gənc qız başını qaldırıb sinir dolu gözlərini Həsənə zillədi.
-Bəlkə üzr istyəsiz?
-Nə üçün?
-Başım az qalsın yarılırdı.
-Mən dedim gəlib özünüzü mənə çırpın deyə?
Bu cür rahat danışıq qızı çaşdırmış olacaqdı ki,gözlərini tez-tez qırpışdırmağa başladı. Həsən heç nə demədən başını yelləyib ordan uzaqlaşdı.
Məkana çatıb içəri daxil olduğunda nə edəcəyini bilmədiyindən olduğu yerdə dayandı. Ətrafına boylanarkən otaqların birindən Səlim bəyin yüksək tonda danışığını eşitməsi ilə məhz o otağa getməli olduğunu anladı. Axşam gəldiyi otaqla üzbəüz qapıya yanaşdığı zaman əlini yumruq halında sıxıb özünü ələ almağa çalışdı. Çünki axşam olanlar qürurunu qırmışdı. Yavaşca qapını döyüb içəri daxil oldu. Hərkəs dəirmi masa ətrafına toplaşmış hansısa mövzunu müzakirə edirdilər. Səlim bəy Həsəni gördüyü an qısa çaşğınlığın ardından məmnun bir baxış atdı. Həsənin gəlməyəcəyini düşünmüş olmalı idi ki,baxışlarını çəkmədən arxaya yaslandı.
-Xoş gəldin dəliqanlı.....Keç əyləş danışmalıyıq.
Həsən başını yelləyib masa ətrafındakı kreslolardan birinə əyləşdi. Onun soyuqqanlı davranışları Səlim bəyin çox xoşuna gəlirdi. Nisbətən önə əyilib dilləndi.
-Biz biraz əvvəl danışmışdıq səndə agah ol....Gürcüstanda mənə aid olan kazinolara basqın olub və bir neçə adamımız içəridədi.
-Nə səbəbə?
Həsənin sualı qarşısında Səlim bəy lağ edərcəsinə gülümsədi.
-Narkotik tapılıb.
-Narkotik???
Həsən anidən ayağa qalxdı.
-Mən qatil deyiləm Səlim bəy......Bu işdə yoxam.
Arxasını dönüb getmək istərkən eşitdiklərinə ayaq saxladı.
-Sən məni nə zənn edirsən dəliqanlı? Kazino işlədirəm,bankirlik edirəm deyə cani olduğmu düşünürsən? Mənim də övladlarım var. Gənclərə qıyacaq qədər insanlığımı itirmədim.
-Bəs bunlar necə baş verir?
-Hamısı Əşrəfin işləridi.
-Əşrəf?
-O,mənim düşmənimdi.....Bu düşmənlik bitsin deyə qızımı oğluna istədi. Mən yox dedikcədə bunları edir. Məni sıxışdırıb razı salmağa çalışır amma qızım mənim hərşeyimdir. O manyak oğlana vermərəm.
Həsənin əlavə sual verməsinə,Səlim bəyə gələn zəng mane olmuşdu.
-Alo......Necə yəni işdən ayrılır? Qızım düzünü de sənə satşıb eləmədi kii?......Yaxşı mən bir şey düşünəcəm......Sən hardasan?.....Gözlə orda uşaqlardan birini göndərirəm.....Qızım birşeyə də etiraz etmə.
Səlim bəy telefonu söndürüb qəzəblə başını yellədi.
-Bu qız məni öldürəcək.....Malik,get universitetin qabağında gözlə. Dərs bitən kimi evə apar.
-Baş üstə.
Malik getdikdən sonra Həsən yerində oturub düşüncələrə daldı. Narkotik məsələsi onun beynini qarışdırmış,fikirlərini alt-üst etmişdi. İanıb inanmamaq arasında qərar verə bilmirdi. Bəs Səlim bəyin dedikləri doğru deyilsə? Doğurdan gənclərin ölümünə səbəb olurlarsa? Həsən bu yükün altına girə bilərdimi? Bu düşüncələr içərisində necə baxmışdısa Səlim bəy anlamışdı onun nə düşündüyünü.
-Səni başa düşürəm dəliqanlı. İnanıb inanmayacağını bilmirsən amma bir şeyi unutma mən qatil deyiləm. Düzdür qanunsuz işlərlə məşğul oluram amma qatil deyiləm......Səni heç nəyə məcbur etmirəm,sənə can borcum var. Bu gün sənə izin get yaxşı yaxşı düşün sabah gözləyəcəm.
Səlim bəy cümləsini bitirib ayağa qalxdı. Qapıdan çıxarkən biranda geri döndü.
-Dəliqanlı,məni tanıdıqca görəcəksən ki,heç kimin həyatı ilə oynayacaq biri deyiləm.
Səlim bəy çıxdıqdan sonra Həsən başını əlləri arasında sıxışdırmağa başladı. Düşüncələr içərisində ayağa qalxıb məkanı tərk etdi. Bir qədər getmişdi ki,yadına səhər içdiyi qəhvə düşdü. Dadı hələdə damağında idi həm düzgün qərar verə bilmək üçün ayılmağa ehtyacı vardı. Kafəyə çatıb qapıyı açarkən yenə həmin qızla burun buruna gəldi. Gənc qız bir anlıq özünü itirərək büdrəyib yerə yıxıldı. Bu vaxt əlindəki qəhvə eləcədə bir neçə kağız yerə dağıldı. Qız tələsik ayağa qalxıb kağızları toplamağa başladı. Həsən dinmədən qollarını qoynunda birləşdirib yuxarıdan aşağı qızı süzərək dilləndi.
-Belə getsə ayağımın altında qalacaqsan.
Qız sanki eşitmirdi onu. Kağızları toplayıb qamətini dikəldərək arxaya səsləndi.
-Gülay bağışla canım qəhvə bura dağıldı.
-Eybi yox təmizlədərəm.
Kafenin sahibi ilə rəfiqə olduqları anlaşılırdı. Daha sonra gənc qız Həsənə tərəf dönüb baxışlarını üzündə sabitlədi. Gözləri dolu dolu və çox hüzünlü baxırdı. Həsən ilk dəfə bu cür baxışlarla rastlaşırdı. Səhər ona əsəblə baxan qız bu deyildi sanki. Qap qara gözlər qəm dəryasında üzən gəmiyə bənzəyirdi.
-Bağışla.
Qızın cılız səslə üzr istəməsi Həsəni yuxudan ayıltdı elə bil. Üzr istəmişdi....Həm də heç günahı olmadan. Həsən biranda qapıyı çəkməsə qız yıxılmazdı və bütün bunlara rəğmən üzr istəyirdi. Onun bu davranışı Həsəni utandırmışdı.....Gənc qız cavab gözləmədən araxasını dönüb ordan uzaqlaşdı. Həsən bir müddət qızın arxasınca baxıb onun ləng addımlarla dəniz kənarına doğru getdiyindən əmin oldu. Cəld geri dönərək iki qəhvə alıb qızın getdiyi istiqamətə tərəf irəlilədi. Bunu niyə etdiyini bilmirdi,qızın gözlərində gördüyü tanış bir şey Həsənin,onun arxasınca getməyinə səbəb olurdu. Yaxınlaşdığı zaman gördüyü mənzərə daha da təsirləndirmişdi onu. Gənc qız oturacağa oturmuş daha doğrusu büzüşüb ağlayırdı. Bir şeylərin onu qorxutduğu bəlli idi. Həsən oturacağa oturub əlindəki qəhvəni qıza uzatdı.
-Buyur.
Qız eşitdiyi səsə başını qaldırıb təəccüb dolu baxışlarını Həsənə zillədi.
-Bayaq dağıtdığımın əvəzi.
Həsənin etirafı qızın cüzi təbəssümünə səbəb oldu. Tərəddüd etsədə Həsənin israrını görüb qəhvəni aldı və üzü dənizə doğru yudumlamağa başladı.
-Yaxşısan?
Həsənin növbəti sualından sonra qız əlinin tərsi ilə gözlərini sildi.
-Bu gün həkim gözlərimin içinə baxa-baxa xəstə olduğumu və müalicə olunmasam öləcəyimi dedi.
-Bəs niyə ağlayırsan? Müalicəsi var dedin.
-Qorxuram.
-Nədən?
-Birdən hərşey tərs getsə?......Ölmək istəmirəm.
Həsən qəhvəsindən bir yudum alıb baxışlarını dənizə yönəltdi.
-Niyə qorxursan ölümdü də,onsuz hamımız bir gün öləcəyik.
-Axı mənim arzularım var?
-Kimin yoxdur ki.....Bax o,adamı görürsən?-uzaqd
an onlara tərəf gələn yaşlı adamı işarə edib davam etdi -İndi ona desələr ki,ölüm anın çatıb deyəcək arzularım var.
-Hər şeyə bu qədər laqeyid yanaşmaq lazım deyil.
-Bu laqeyid yanaşma deyil,gerçəkləri qəbul etməkdi.
Gənc qız çiyinlərini çəkib qəhvəsini yudumlamağa davam etdi. Həsən sanki qıza indi fikir verirdi. Çox gözəl idi.....Gözləri kimi qap qara saçları çiyinlərinə tökülmüşdü. Balaca burnu,dolğun dodaqları,uzun nəmli kirpikləri simasına xüsusi yaraşıq verirdi. Yaşadıqlarından dolayı al al olmuş yanaqları bəmbəyaz dərisi ilə birləşdiyi zaman dəyərli rəsm əsərinə bənzəyirdi. Həsən gözlərini qızdan çəkmədən dilləndi.
-Adın nədir?
-Hüsna.
-Hüsna.....Çox gözəl adın var.
-Bəs sənin?
-Həsən.
Araya dərin bir səssizlik çökmüşdü. Hər kəsin fikri öz yaşadığında idi. Həsən az da olsa fikirlərini dağıtmağı bacarmışdı.
-Ailənin xəbəri var?
-Yox,özüm bu gün öyrəndim. Hələ şokdayam,atama deməyə vaxt tapmamışam.
-Qorxma müalicə qəbul edib yaxşılanacaqsan. Qorxulacaq heç nə yoxdu.
Bəlkə də bu Həsənin həyatında bir ilk idi. İlk dəfə birisinə ümid verici və qayğı ilə söz deyirdi. Hüsna üzünə təbəssüm yerləşdirib baxışlarını Həsənə yönəltdi.
-Atam bilsə ölməyimə izin verməz.
-Sən ölümdən nə çox qorxursan?
-Sən qorxmursan?
-Niyə qorxum ki?
-Nə bilim,bəlkə çatmadığın məqsədin var.
-Yoxdur.....Ona görədə qorxmuram.
-Elə şey olar? İnsanın arzuları olmalıdı,bir məqsədi olmalıdı. Bunlar yaşamaq üçün şərtdir.
-Bəlkə də.....
Hüsna çiyinlərini çəkib baxışlarını dənizə yönəltdi. Bir qədər davam edən səssizlikdən sonra asta səslə dilləndi.
-Bilirsən "insanoğlu qorxduğu şeyləri yaşamadan ölməz" deyiblər. Mən hər zaman qorxularla yaşadım. Qorxduğum hərşeyi də yaşadım. Ən böyük qorxum anamı itirmək idi o,da məni atıb getdi. Düzdü atam məni çox sevir, "sən hərşeyimsən" deyir amma anamda yanımda olsa pis olmazdı.
-Anan hardadı ki?
Bu mövzu Həsənin ən həssas nöqtəsi idi ona görədə Hüsnanın sözünü kəsib sualını ünvanladı.
-Atamla ayrıldılar sonrada anam başqa biri ilə ailə qurdu.
Bənzər həyat yaşamışdılar......Bəlkə elə bu idi Hüsna ilə Həsəni bir birinə çəkən. Yenidən səssizlik düşmüşdü......Hər ikisi dənizə baxaraq susmuşdu.
-Mən artıq gedim,atam universitetdə bilir məni......Danışmaq yaxşı gəldi......Qəhvə üçün çox sağol Həsən.
-Dəyməz.......Ümidini itirmə yaxşılanacaqsan
......Bəlkə bir gün yenə qarşılaşdıq Hüsna.
-İnşAllah.
Hüsna gülümsəyərək cavabladıqdan sonra ayağa qalxıb ağır addımlarla ordan uzaqlaşdı. Həsən isə bir müddət onun arxasınca baxdıqdan sonra yenidən öz fikirlərinə geri döndü. Anasını xatırlamışdı......Bəzən darıxırdı amma bu çox qısa sürürdü çünki anasız keçən illər daha ağır basırdı....... Ayağa qalxıb yavaş-yavaş dənizə doğru addımlamağa başladı. Hünanın sözlərini düşündü bu an.....Doğurdanmı həyatda heç bir məqsədi,arzusu yox idi? Bilmirdi.....Bu an tək düşüncəsi Səlim bəyə etdiyinin cəzasını ödətmək idi. Bu qisas hissi deyildi sadəcə Səlim bəyin,onun qürurunu heçə sayıb iki yol arasında sıxışdırmasının cəzasını çəkdirmək istəyirdi. Bəlkə də eybisini ona yaşatmaq.......
Hüsna ilə qarşılaşmış olması ona yaxşı təsir etmişdi. O gün Həsən özünə söz verdi,Səlim bəylə aralarındakı "hesablaşmanı" bağladıqdan sonra ailə quracaq......Əsla dağılmayacaq,möhkəm bağlarla bir birinə bağlı səmimi ailə. Daha sonrada Elmiri evləndirib atadan qalma evinə yerləşdirəcək.
Həsən burda xəyallar qurub gələcəyini planlarkən həyat ona nə kimi sürprizlər hazırlayırdı bilinməz.....

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 358
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri