Günahkar (10-cu bölüm)

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 2 451
Səs ver:
(səs: 0)
O hamıdan qaçır, sirrini açır göylərə,
Həm çox çəkib acı, yaralar açıq göynədər,
Xoş bir gün görmədən, uçmağa min nədən,
Yerdə yer saxlamaz onu, göydə göydələn.
Onu eşidən, duyar var son sözü ümid son ölər.
Onun saçları son bahardır,
Ömrü iztirab, dörd divardır,
O, tərki-dünyadır anlamam halından.
O, günəş kimi yandırardı,
Yazda yağışdır, yayda qardır,
Kim bilir nələr keçib gedir ağlından...
Onun sözləri ittihamdır,
Onun gözləri intihardır,
Bəlkə onda ağrılar çıxar canından...
Ona yaddır doğmalar, yaxınlar baxar uzaqdan,
Süzülər yerə damla-damla yaş axar yanaqdan.
O mənsiz qalınca o mənsiz yarımcan,
Ucaldan təkcə bir məqam - öpüş dodaqdan.
Onu eşidən, duyar var son sözü ümid son ölər.
Həsən evə döndüyündə saat xeyli irəlləmişdi. Yenə avarə kimi küçədə dolanmaqla günü başa vurmuş daha sonra evə gəlib radionun səsini sonuna qədər açmışdı. Miri Yusifin xırıltılı səs tonu ilə birləşən can alıcı sözlər Həsənə o qədər təsir etmişdi ki,mahnı kimi tərki-dünya bir halda idi. Darma-dağın olurdu..........Hüsnanın küsgün halları hər ağlına gəldikcə sol tərəfi göynəyirdi. Ona bu dərəcə bağlı olduğunu bu dərəcə sevdiyini necə də görə bilməmişdi. Zərif duruşu,məsumiyyəti ilə Hüsnanın elə sevginin özü olduğunu necə də hiss etməmişdi. Divana oturub arxaya yaslanaraq gözlərini sıxdı. O gecəyi xatırlamışdı........Hüsnanın ona aid olduğu gecəyi.........Həyatında bir çox qadın olmuşdu amma bu qədər yadda qalanı olmamışdı. Hüsnanın təcrübəsiz hərəkətlərləri ağlına gəldikcə bədənində hiss etdiyi gizilti dodaqlarının yana qıvrılmasına səbəb olurdu. Sakit tonda adını pıçıldaması yenidən Həsənin qulağında əks-səda verməyə başlamışdı. Elə o an anlamışdı ki,əslində o gecə sevdiyi qadınla bərabər olmuşdu. Həsən yaşadığı o həzzi ömrünün sonuna qədər yaşamaq istəyirdi. Elə ona görə də nə olur olsun Hüsnasını geri qazanmalı idi əks halda dəli olardı. Hüsnanın onu hələdə sevdiyini bilirdi və bu səbəbdən onu geri qazanacağına inanırdı. Bilirdi........Hüsnaya çox haqsızlıq etdiyini,onu çox incitdiyini. Eyni zamanda Səlim bəyədə,hər ikisini boşuna günahlandırıb ürəyində kin böyütdüyünə görə çox peşman idi. Vicdan əzabını bədəninin hər bir hüceyrəsində hiss edirdi. Hər ikisinin qəlbini yenidən qazanıb bu günahkarlıqdan qurtulmalı idi. Bunun üçün ilk öncə səhfləri ortadan qaldırmalı,daha sonra Elyarın dərsini verməli idi. Bunları ən əsası özü üçün öz vicdanını rahatlatmaq üçün etməli idi.
Səhər oyanıb hazırlaşaraq xəstəxananın yolunu tutdu. Eldənizin ailəsi ilə danışıb Hüsnanın heç bir günahının olmadığını başa salacaqdı. Reanimasya şöbəsinə qalxdığı zaman dəhlizdə ki,hərəkətlilik addımlarını itiləşdirməsinə səbəb oldu.
-Nənəcan nəsə olub?
Eldənizin nənəsi hər zaman olduğu kimi yenə oturacağa çöküb göz yaşları tökürdü.
-Çox şükür balam oyanır. Həkim dedi yaxşıya gedir,qısa müddətə gözlərini açacaq.
Yaşlı qadın sözünü deyib Həsəni qucaqladı.
-Çox şükür nənə gözünüz aydın.
-Can balam. Səndə səfil oldun buralarda.
-O,nə sözdü nənəcan təki Eldəniz oyansın.
-İnşAllah oyansın bunu edənlərdə cəzasını çəkər.
-İnşAllah nənə ancaq məsələ heçdə bizim bildiyimiz kimi deyil.
-Necə yəni?
-Yəni Səlim bəyin və qızının heç bir günahı yox imiş. Başqası edib.
-Sən hardan bilirsən?
-Mən öyrəndim məsələni. Hüsna xanımı qısqanan oğlan edib.
-Sən onlara inandın hə?
-Mən sizə doğrusunu dedim. İnanmırsızsa nəvəniz oyananda o,danışar.
-Dediklərinə inanmıram. Eldənizi o halda tapan oğlan danışdı mənə hər şeyi. Səni özlərinə inandırıblar.
-Bir dəqiqə,bir dəqiqə.......Kim dedi sizə?
Həsən indi fərqinə varırdı o,heç nə soruşmamışdı. Bu ailənin niyə Hüsnayı günahlandırdığını soruşmamışdı. Bir başa deyilənlərə inanıb xaincə planlar qurmuşdu.
-Bizə xəstəxanadan zəng gəldiyində gəldik ki,cavan oğlan gətirib. Dedi,mən Eldənizin dostuyam danışdı hər şeyi.
-Mən onu necə tapa bilərəm?
-Nə bilim bala o gündən sonra heç görmədim.
-Adnı dedi?
-Hə.......O,da El ilə başlayır.
-Elyar?
-Hə Elyar. Tanıyırsan?
-Hələ ki,yox ancaq az qalıb tanışlığımıza.
-Necə yəni?
-Nənəcan mən indi getməliyəm. Bir şeyi bilin heçnə sizin bildiyiniz kimi deyil. O,qızın heç bir günahı yoxdu. Bunu edənlər tezliklə cəzasını çəkəcək.
Həsən cümləsini tamamlayıb ayağa qalxdı. O qədər gərgin bir halda idi ki,əlləri ilə başını sıxaraq xəstəxanadan ayrıldı. Bədənini saran günahkarlıq hissi və vicdan əzabı belini bükürdü. Özünü güclə çölə atıb acgözlülüklə havanı udmağa başladı. Günahkarlıq bir əl kimi boğazını sıxırdı. Elyarın oyununa gəlmişdi və ən əsası Hüsnaya nələr etmişdi.
-Əclaf.........Səni öldürmək mənə borc olsun.
Dodaqucu deyinib telefonu çıxardı.
-Alo. Malik.
-Həsən nə istəyirsən yenə?
-Elyarı tapmaq.
-Bu hardan çıxdı?
-Sən sadəcə cavab ver o,şərəfsizi hardan tapa bilərəm.
-Deyəsən hər şeyi öyrənmisən.
-Sən sadəcə cavab ver.
-Tapa bilməzsən. Xaricdədi arabir gəlir.
-Yaxşı sağol.
Həsən danışığı sonlandırıb telefonu cibinə yerləşdirdi. Əlbət qayıdacaqdı Elyar və o zaman hesablaşacaqdı amma ondan əvvəl həll etməli olduğu başqa məsələlər vardı. Taksiyə əyləşib universitetə doğru yol aldı. Yay tətili yaxınlaşırdı ona görədə tələbələri imtahan həyəcanı bürümüşdü. Universitetin həyətinə nəzər saldıqda uzaqdan ona doğru addımlayan Hüsnayı gördü. Gənc qız əlində ki,kitabdan gözlərini çəkmirdi. Deyəsən imtahan həyəcanı onuda sarmışdı elə ona görə də bütün diqqəti kitabda idi. Onun şirin görüntüsü Həsənin gülümsəməsinə səbəb olurdu. Uzaqdan gözlərini qıyaraq süzdü bir müddət. Geydiyi donu,açıq qoyduğu qara saçları,şux qaməti,hər şeyi ilə bu qız Həsənin ürəyinə işləyirdi. Necə incidə bilmişdi? Necə qıya bilmişdi?
-Nə işin var yenə burda?
Hüsnanın bezgincə dillənməsi Həsəni fikirlərindən ayırmışdı.
-Səni görmək istədim.
-Deyəsən sənə söz çatmır. Bitdi hər şey uzaq dur artıq məndən.
-Mən səni sevirəm ona görə də uzaqlaşmaq niyyətim yoxdur.
-Amma mən sevmirəm hətta nifrət edirəm.
-Əminsən?
Həsən bir addım da atıb aralarındakı məsafəni yox etdi. Bu yaxınlıqdan dolayı Hüsnanın həyəcanlanaraq əl-ayağının dolaşması ilə gənc adam istədiyi cavabı almışdı. Xəfif təbəssüm edərək əli ilə qızın saçlarını oxşamağa başladı. Hüsna bu toxunuşlarla gözlərini yumub başını yana əydi. Həsən dodaqlarını qızın saçında gəzdirib qulağına əyilərək pıçıldadı.
-Bilirdim məni hələ də çox sevdiyini.
Hüsna tez gözlərini açıb özünü ələ alaraq geri çəkildi.
-Yanılırsan.
Özünü güclü göstərməyə çalışsada titrəyən səs tonu onu ələ verirdi. Onun bu halları isə Həsənə xüsusi zövq yaşadırdı.
-Gözlərimə baxaraq məni sevmədiyini deyə bilərsən?
-Sən özünü nə hesab edirsən?
-Hüsna,inadçılıq etmə. İkimizdə bir-birimizi sevirik və bir-birimizə aidik. Bağışla məni........Bil
irəm əsl axmaqlıq etdim,əsl alçaqlıq etdim. Çox peşmanam. Bir şans daha ver. Sadəcə bir şans.......Özümü,sevgimi sənə sübut etməyim üçün bir şans.
-Həsən,mən səni bağışlamıram çünki sən məni heç sevməmisən,heç dəyər verməmisən. Elə indi də sevmirsən sadəcə vicdanınını rahatlatmaq üçün sevgi oyunu oynayırsan. Yəni məni yenə aldadırsan,yenə oyun oynayırsan.
-İnan mənə yalvarıram inan. Mən səni çox sevirəm canımdan da çox. Artıq sənsiz yaşamağım mümkün deyil.
-Həsən bütün bunlara ehtiyac yoxdu çünki bizim aramızda həqiqi heç nə olmayıb. Sadəcə mən elə zənn etmişəm. İndi bu yalanlar lazım deyil.
-Bizim aramızda hər şey həqiqi olub.
-Həqiqi olub? Həqiqi nə olub Həsən? Məni başa sal həqiqi nə olub? Yoxsa mən halisunasya görmüşəm?
Getdikcə Hüsnanın səs tonu yüksəlir artıq bağırırdı və göz yaşları yanaqları boyu cığır açmağa başlamışdı. Həsən qızın qollarından tutub bağrına basdı. Tez-tez saçlarına öpüş qonduraraq sakitləşdirməyə çalışırdı.
-Hüsnam başa düş bizim aramızda olanların hamısı mənim oyun adlandırdığım həqiqətlərdi. Sevgimiz həqiqi idi,sənə dediyim sözlər həqiqi idi,o gecəmiz həqiqi idi.
-O gecə mənim ən böyük səhvim idi.
Hüsnanın can yandıran cümləsindən sonra Həsən onu daha da özünə sıxdı və hər iki qolunu belinə dolayıb pıçıldadı.
-Sus......Yalvarıram sus......Həyatımızın tək gerçəyi o gecə idi.
Hüsna anın sehrinə o qədər qapılmışdı ki,istəmsizcə başını Həsənin sinəsinə yasladı.
-Niyə qıydın mənə?
Həsən burnunu Hünanın saçlarına gömüb ətrini içinə çəkdi.
-Bağışla məni yalvarıram bağışla.....Çox peşmanam.....Bağışla.
Hüsnanın göz yaşları Həsənin köynəyini isladarkən Həsənin gözündən süzülən damlalar isə Hüsnanın saçlarını isladırdı.
-Hüsna xanım,əyləşin maşına.
Malikin səsi həsrətlə qucaqlaşmış cütlüyün bir-birilərindən aralanmalarına səbəb olmuşdu. Hüsna tələsik yanaqlarını qurulayıb başını qaldırdı. İlk dəfə idi Həsəni bu cür çarəsiz halda görürdü. Heç biri gözlərini çəkə bilmirdi və baxışları bir-birinə kilidlənmişdi. Məyusluq,peşmanlıq,qəlb qırıqlığı,həsrətlik hər cür duyğu açıqca görülürdü bu baxışmada. Ən əsası isə sevgi idi......Nə qədər danıb gizləməyə çalışsalar da hər ikisi də dəli kimi sevirdi elə bu səbəbdən sevgi özünü hər an biruzə verirdi. Hüsna səssizcə maşına oturarkən Həsən onu dayandıra bilməyəcək qədər aciz olmasına lənət oxuyurdu.
-Həsən,çalış uzaq dur. Səlim bəy sənin Hüsna xanımın ətrafında dolaşdığını öyrənib və sənə çox qəzəblidi. Çalış uzaq dur.
Malik bir əlini Həsənin çiyninə qoyaraq sözlərini dedikdən sonra maşına əyləşib ordan uzaqlaşdı. Həsən maşını gözdən itənə qədər izləyib dodaqucu mızıldanmağa başladı.
-Heç vaxt.......Heç vaxt uzaq durmuyacam. Ucunda ölüm olsa belə uzaq durmuyacam.
Həaənin yola davam edəcək taqəti qalmamışdı artıq. Addımlarını sürüyərək biraz aralıdakı oturacağa çatıb oturdu. Başını əlləri arasında sıxışdıraraq nə edəcəyini düşünməyə,bir qərara varmağa çalışırdı. Hüsnanın onu hələ də çox sevdiyinə bir daha əmin olmuşdu. Onu bir daha itirə bilməzdi çünki bu qədərini qaldıracaq gücü qalmamışdı. Bir müddət oturduqdan sonra ayağa qalxıb evin yolunu tutdu. Hüsna yaşam səbəbi idi elə ona görə də mübarizə aparacaqdı. Səlim bəyin qarşısına keçib qızını sevdiyini deyəcəkdi. Onun necə reaksiya verəcəyini az çox təxmin edə bilirdi amma nə olur olsun geri dönüş yox idi artıq...

Yazar: Afaq. Q
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 451
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri