Oyuncaq (15-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 4
Baxılıb: 4 717
Səs ver:
(səs: 0)
Bəzən hər sey üçün, həqiqətən çox gec olur. İnsan gec qalır...
Məndə indi gec qalmışdım...
Mənə'də indi gec qalmışdılar...
Gözümü acdıqdan sonra Yusifdən saclarımı kəsməsini bir daha istəmişdim. Oda gözündə olan bulanıqlıq ilə sacımı çənəmə qədər olan məsafədə kəsdi. Daha sonra digər tərəfidə əlində tutaraq kəsdi. Saclarım yerə düşərkən, külək onları aparırdı... Bu gün verdiyim bütün sözlər öz yerini tapmışdı. Həm saclarım kəsilmiş, həmdə Yusif mənə aşiq olmuşdu. Amma eşq deyildi... Bu bir məcburiyyət sayılırdı mənə görə. Bu gün öyrəndiyim hər sey mənə bəs etmişdi. Ayağa qalxıb Yusifi arxamda qoyaraq qaçaraq ordan uzaqlaşmışdım. İndidə otağımda idim. Və güzgü qarşısında durub özümə baxırdım. Daha doğrusu düzgün kəsilməmiş saclarıma. Əllərim qısacıq saclarıma getdi... Boş qaldı sanki... Getmişdi... Düşünə bilmirdim... Beynimin içindəki hər sey donmuşdu. Geri dönüş düyməsi yox idi. Gizli "Z" Yusif çıxmağını gözləmirdim mən... Bu mənə zərbə oldu... Çünki, Yusifə öyrəşmişdim mən. İlk dəfə keçmişimi arxada qoyaraq ona öyrəşmişdim. İndi peşmanam... Ona keçmişimi dedim deyə. Mənə yazığı gəlir hər halda... 2 il əvvəl çayıma bir dərman qataraq məni ucuruma itələmişdi həmin adam. Mənsə ucurumun kənarından bu cür dönmüşdüm. Bütün ağrılarımı, acılarımı insanlar ilə oynayaraq. Bu idi səbəb... Özümü belə aldadmağa çalışırdım. Bundan sonra kim sevə bilərki məni? Axı kim qəbul edər? Yox pessemist düşünmürəm... Sadecə olan reallıq budu. Hər seyin səbəbkarıda mənim ailəmdi, ailəm... O lənət gəcənin, bərbad səhərində otağımdan aşağı düşərkən mətbəxdə onu su içən gördüm. Yavaş addımlarla mətbəxə daxil oldum. O isə mənə gülərək baxırdı. Gözüm mətbəx masasının üstündə olan meyvə bıcağına sataşdı. Bıcağı əlimə alıb onun üstünə gəldim. Dünən olmuş kimi yadımdadı... Bir meyvə bıcağı ilə nə edə bilərdim? Təmizlənirdimi ruhum? Mənə yaxın gəldikdə bıcağı qarın boşluğuna saldım. Daha sonrasını xatırlamıram... O alcaq yerdə ağrılardan qıvrılarkən, məndə özümdən getmişdim. Ayılanda mən xəstəxada idim. Anam yanımda idi... Ailəmin hər seydən xəbəri olmuşdu... O alacağ dərin yara almadığından, atam tanış bir yaxın həkim dostunu evə çağrımış onun yarasını sağaltmışdı. Məni polisə verməmək şərti ilə... Mövzuda beləcə bağlanıb getmişdi. Amma onlar elə sanırdı. Mənim üçün bu mövzu hec vaxt bağlanmayıb. 2 ildə nə yaşadığımı nə çəkdiyimi bir mən bilirəm. Bundan sonrada hec nəyin mənim üçün bir əhəmiyyəti yoxdu. Getdiyi yerə qədər, gedəcəm... Güzgü qarşısından keçib telefonumu yandırdım. Ağlımda hec nə yox idi. Boş idi... Bundan sonra necə olacaq deyə düşünmədim. Düşünə bilmirdim, bəlkədə... Olmurdu... Bu beyin daha başqa bir seyi götürmürdü. Yusif indi təcavüzə uğramış qıza necə gözlə baxacaqdı? Bir tək ağlımdan bu keçirdi... Tam bunu düşünərkən Yusifdən bir mesaj gəldiyini gördüm. Mesaj yazmaq daha rahat idi. Nəyinki üz üzə gəlmək...

Yusif: Alisa'm
Alisa: Nə?
Yusif: Nə yazacağımı bilmirəm. Sən eləcə çıxıb getdin,mənədə gedişini izləmək düşdü...
Yusif: Etdiyim hərəkət üçün həqiqətən peşmanam. Bağışla desəmdə faydası olmayacaq(
Alisa: Bu mövzunu bağlasaq?
Yusif: Bağlanılacaq bu mövzu amma içindən keçənləri mənə deməlisən
Alisa: İçimdən keçən bilirsən nədi?
Yusif: Nədi?
Alisa: Mənə hansı göz ilə baxırsan indi?
Yusif: Bu nə sualadı?!
Alisa: Məncə yetəri qədər açıq bir sualadı
Yusif: Alisa, beynindən keçən hər seyi sil. Mən elə biri deyiləm...
Alisa: Hamınız eynisiz! Səndə 1 - 2 həftə mənlə yazışıb sonra birdən yoxa çıxacaqsan!
Yusif: Mən səni sevirəm
Yusif: Mən sənə aşiqəm
Yusif: Həmdə çox
Yusif: Bunu hec nə dəyişdirə bilməz!
Alisa: Nə sevgisindən bəhs edirsən sən? 1 aylıq sevgi olar?! Həmdə nifrət edə - edə!
Yusif: Demək sevgim nifrətimdən daha böyük imis!
Alisa: Sil bu düşüncələrini. Səndən 'biz' deyə bir sey olmaz! Mən hec kimi bundan sonra sevə bilmərəm.
Yusif: Səni qazanmaq üçün əlimdən gələn hər sey edəcəm!
Alisa: Yusif! Sənin o beynin indi sağlıqlı düşünə bilmir! Nə də sənə inanmıram. Bu da oyunun bir parçasıdı!
Yusif: Sən elə say...
Yusif: Bundan sonra məni qovsan belə sənin yanında olacam

Sonuncu mesajı cavabsız qaldı...
Cavabsız qalan çoxlu suallarım kimi...
Anamda 2 günlüyünə getmişdi. Amma 3 gecə idi artıq yox idi. Sanki mən yox imişəm kimi... Kaş doğulmasaydım, dediyim anlardayam yenə... Göz yaşlarımı bu gün tuta bilmədim. Mənədə yazıqlar olsun... Çarpayıma uzanıb gözlərimi yumdum. Bu günün sonunda yatmaq mənim üçün böyük mükafat olacaqdı.
Səhər gözlərimi açdıqda dünəni arxada qoydum deyə içimə bir rahatlıq çökmüşdü. Ayağa qalxıb gündəlik işlərimi həll edərək özümə bir qəhvə hazırladım. Yemək yemək hec içimdən gəlmirdi. Tv ni yandırıb qəhvəmdən içməyə başladıqda qapı zəngi çalındı. Anam nəhayət gələ bilmişdi... Ayağa qalxıb ruhsuz bir halda qapını açdım. Qarşımda isə yenə anamı deyil, Yusifi gördüm. Səhər saatlarında nə işi vardı burda? Həmdə əlləri dolu idi. Qapı kənarında durub səssizcə ona baxdıqda, mən təklif etməmiş içəri keçdi.


"Sabahın xeir dünya gözəli. Yəqin hec nə yeməmisən. Məndə sənə səhər yemeyi hazırlamağa gəldim" dedi əlindəki poşetləri mənə göstərərək. Yuxu idi yəqin bu. Birazdanda ayılacaqdım. Ona mənasızca baxdım... Bu qədər rahatlıq hardan gəlirdi ona? Qapını bağlayıb onun ardınca keçdim. Mətbəxdə bir az daha ətrafa nəzər salıb "Düşündüyüm kimi hec nə hazırlamamısan"dedi.

Allahım niyə mən? Niyə mənim başıma gətirirsən belə seyləri. Mən onu görmək istəmirəm axı. Nəyinki, görmək hec danışmaq istəmirəm...

"Yusif elədiyin hec xoş hərəkət deyil. Mən nə səhər yemeyi istəyirəm, nə də sənin üzünü görmək..."

"Amma mən həm sənə səhər yeməyi hazırlamaq istəyirəm. Həmdə sənin üzünü görmək istəyirəm. Çünki, səni çox sevirəm"

Yusifin bu sözünə qollarımı birləşdirib ona baxmağa davam elədim. Nə desəm, faydasız olacaqdı... Dünənə qədər mənə qarşı oyun quran adam indi mənə sevdiyini deyirdi. İnanmalıydım? Bu həqiqət ola bilərdi? Amma hər nə etsədə mənim üçün faydasız idi. Mənlik deyildi, sevgidə istəkdə...

"Yaxşı... Qarşımıram sənə. Öz bildiyini et ... Amma mənə birdə səni sevirəm demə. O 2 sözə nifrət edirəm mən. Saxta gəlir o söz mənə. Bax birinci dəfədi yad adamın əlindən nəsə yeyəcəm. Məni yanıltma"

Dediyim sözlərdən sonra əlindəki işi yarıda saxlayıb yanıma gəldi. O mənim yanıma gəldikcə məndə arxa arxaya gedib divara dəyib qaldım. Məsafəsinin yaxın olduğunu gördükdə, bir addım geri getdi. Mən belə seydən xoşlanmırdım...

"Alisa... Sənə birdə səni sevirəm deməyəcəm. Sənə sevgimi hiss etdirəcəm. Mənə yad gözündə baxma. Əlimdən gələni edəcəmki sən yaxşı olasan... Yox, əlimdən gəlməyəni belə edəcəm. Həmişə məsafəmiz bu qədər olacaq. Yaxın durmaram sənə. Bilirəm xoşlanmırsan... Başqa adamın əlindəndə bir yemək yemirsən. Mənə inanmaqda da tərədüt edirsən. Bunların hamısın bilə - bilə sənin yanında olmağa hazıram. Mən dünənində yaddan çıxartmaq istəyirəm, dünənlə bərabər pis hadisələrin xatirələrimizdən silmək istəyirəm. Gül bir az ... Bu ən çox sənin haqqındı" deyərək arxaya daha çox addım atıb işinin başına keçdi.

Deyəsən, mənə söz demək düşmürdü daha.
Yusif mənə gözəl səhər süfrəsi hazırlamışdı. Məndə sorğu sualasız süfrəyə əyləşib səhər yemeyimizi yemisdik. Daha sonra ona yığışdırması üçün kömək etmişdim. Nə deyişmişdi axı belə idi? Hər seyin dahada çıxmaza düşəcəyini düşünürəkən, niyə bu gün belə olmuşdu? Və mən ona qarşı gələ bilməmişdim. Qabları özü yuyub bitirdikdən sonra gülər üzü ilə mənə döndü.

"İşim bitdi hələlik. Amma axşama yenə səndəyəm ha xəbərin olsun. Axşama nə hazırlayım sənə? Ya da istəyirsən restorana gedək. Ürəyin hara istəyirsə ora gedə bilərik"

Yusifin dediklərinə dərin bir oh çəkdim. Mənimlə bu qədər maraqlanmasını istəmirdim.

"Yusif mən xəstə falan deyiləm. Mənə niyə belə davarnırsan? Davranma... Özünü hec nəyə məcbur hiss etmə. Axşamada gəlmə. Mənim görüləcək başqa işlərim var" deyə ona qarşı bir az sərt danışdım. Nə edim xoş danışa bilmirdim. Bir seyləri düzəltmək istəmirdim...

"Məcburam... Amma bunları etməyə deyil, sənə məcburam, sənə məhkumam... İndi gedirəm düzdü. Amma məndən canını qutara bildiyini düşünmə. Mən sənin yanındayam. Bir birimizi daha qırmayaq" deyərək mətbəxdən çıxdı. Məndə onun ardıyca getdim. Burdan başa düşdüyüm Yusifin məni tək qoymaması olacaqdı.

"Seyy birlikdə bu gün gül dükanın bərabər biz işlədək?"dedim hər seyi bir anlığına unudub. Bu sözüm ilə gülümsünüb "Yetərki sən istə"dedi.

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri