Yaz Əfsanəsi (2-ci bölüm)

Müəllif: Lusi
Şərhlər: 3
Baxılıb: 4 808
Səs ver:
(səs: 0)
Hovuzdan çıxıb otağıma gəlib, bir duş alaraq yatağıma gəlib isanlamış saclarıma baxdım. O oğlanı tapıb dərsin verəcəkdim! Ya qrip olub xəstələnsəydim? Ayda ildə bir dəfə istirahətə gəlirdim, onda da başıma belə sey gəlmək məcburiyyətində idi?! Mən axı fəlakətəm! Harda qəribə bir sey varsa gəlib məni tapırdı. Bütün müsbət enerjim getmişdi... Güclə ayağa qalxıb sacımı qurladım. İlk gün mənim üçün bərbad olmuşdu. Ac olduğumun fərqinə vardım... Aşağı düşüb yemək yeməli idim. Havada qaralmışdı onsuz... Yemek yeyib yatmaq ən yaxşısı idi. Otelin öz restoranı olduğu üçün, oteldən çıxıb qarşı tərəfdə olan restorana üz tutdum. İçəri adam qaynayırdı... Gözüm boş masada gəzərkən, tanıdıq bir üz gördüm. Kim idi sizcə? Məni hovuza atan oğlan! Yox səhv dedim! Məni 2 dəfə hovuza atan oğlan! Mənə cücə deyən oğlan! O oğlan indi günün görəcəkdi! Yanında bir qızda vardı. Gəlin mərcə girək ki, O qızı bu gün ələ keçirmək istəyirdi! Gün intiqam günü idi! Masaya yaxınlaşıb gözlərimi qısdım. Adını belə bilmədiyim oğlanın məni görüncə, üzündə olan gülümsəməsi silindi. Səsimi təmizləyib "Sevgilim bu qız kimdir? Mənə bu qızla xəyanət edirsən?!"dedim gülməməyə çalışıb, özümü əsəbi göstərərək. Hər ikisi anlamayan gözlər ilə mənə baxdı. Qız isə baxışların mənim üzərimdən çəkib "Rauf bu qız düz deyir? Sənin sevgilin var?!"deyib ayağa qalxdı.

Adının Rauf olduğunu öyrəndiyim oğlanda ayağa qalxıb "Mən tanımıram bu qızı Ayşən!"dedi. Məni tanımırdı hə?! Mən sənə kim olduğumu tanıtdıracaqdım! Məndən qaçışın yox idi! Düşüncələrimdə də yanılmamışdım!

"Rauf sənə inana bilmirəm! İkimizidə eyni anda idarə edirmişsən?!"dedim əl qol hərəkətlərindən istifadə edərək. Bu sözümdən sonra qız masada olan çantasını və telefonunu alıb Raufa hirsli bir baxış atdı. Bununla qalmayıb içdiyi şərabı əlinə alaraq Raufun üstünə töküb arxasına belə baxmadan getdi. Qızın gedişi ilə məni gülmək tutdu. İndi necə güldüyümü təxmin edə bilmərsiz. Amma gülüşüm, Raufun əsəbi üzün görməyim ilə donub qaldı. "Sən nə etdin hə?! O qızı ələ keçirtməyimə az qalmışdı! Hər seyi korladın! Bundan sonra qorx məndən!"dedi. Mənimdə niyyətim onsuz bu idi. Həyatda hər sey qarşılıqlıdı. Onu təkrar edirmişcəsinə "Bondon sonro qorx mondon"dedim. Əminəm indi çox əsəbləşmişdi. Bəli, mən bunu bacarmışdım. Özümlə qürur duyurdum indi. Təbrik edə bilərsiz məni! Qulağıma sanki alqış səsləri gəldi. Yox siz çalmadız, bu alqışı çalan Rauf idi.

"Brovo sənə! Sənin kimi cücəyədə elə belə xırda işlər yaraşardı! Gözümə nə badə birdə görsənəsən!"deyib yanımdan getdi.

Nə görsənəcəkdim gözünə sənin? Uzağı 5 günüm qalmışdı. Sonra qayıdacaqdım Bakıya... Bu işi yerinə yetirdiyim üçün indi rahatca yemeyimi böyük bir iştahla yeyə bilərdim. Bu günümün belə bitməsi ilə səhər açılmışdı. Bir az kefim yox idi... Çünki, bura gəlməli olacaq dostumun işi çıxdığından gələ bilməyəcəkdi. 5 gün tək başına nə edəcəkdim burda? Mən belə planlamamışdım axı... Otaqdan hec çıxmayacaqdım bu gün. Nə məlum bəlkə yenə O oğlanla qarşılaşacaqdım... Onun hərəkətlərinə cavab verəsi bir halda deyildim. Nə əyləncəli keçir hə günüm? Mən bu düşüncələri düşünərkən qulağıma səslər gəlməyə başladı. Bu səs, səs yüksəldicidən gəlirdi. Amma çox aydın eşidə bilmədiyim üçün otaqdan çıxdım. Demək olar çox adam dəhlizə çıxmışdı. Səs indi daha aydın gəlirdi

"Təkrar edirik 2 yaşında sarışın bir qız uşağı itib. Görənlərdən və tapanlardan xahis olunurki bizə yaxınlaşsınlar. Tapana pul mükafatı veriləcək"

Bu böyüklüyündə əyləncə mərkəzində itən bir uşağı tapmaq o qədərdə asand olmayacaqdı. Mükafat önəmli deyil amma O uşağı tapmalı idim. Balaca bir uşağa niyə sahib çıxa bilməyiblər axı? Oteldən çıxıb insanlar kimi məndə axtarmağa başladım. Hətda polislər belə vardı. Balaca axı hardasan? Adını belə bilmirdim...

Bəlkədə burdan uzaqlaşmışdı? Bir insanın göz nəzərinə tək başına gəzən uşaq niyə girməmişdiki? Bu qədər diqqətsiz olmaq olardı?! Balaca qızı axtara axtara dünən hovuza düşdüyüm yerə gəlib çatmışdım. Anonslar verilməyə hələdə davam edirdi. Tapılmamışdı ... Hovuz tərəfinə yaxınlaşdıqda qulağıma bir səs gəlməyə başladı. Kimsə ağlayırdı sanki... Hovuza dahada yaxınlaşdıqda bir küncə qısılıb qalmış bir uşaq gördüm. Bu anonsda deyilən uşaq idi. Allahdan hovuzun içk boş imiş! Yoxsa olacaqları düşünmək belə istəməzdim! Vaxt itirmədən hovuzun piləkanlarından aşağı enib balacaya tərəf gəldim. Məni görəcək ayağa qalxdı. Onu qucağıma alıb "Kecdi balaca..."dedim. Göz yaşlarını silməyə başlayıb onun üzünə gülümsündüm. Sarı saçları, mavi gözləri vardı... Sanki bu uşağı daha əvvəl görmüşdüm. Siması mənə kimisə xatırladı...

"Selcan... Selcan axı hardasan?"deyə bir səs eşitdim uzaqdan. Bu səsdə mənə tanış gəlirdi... Hovuzun yanında durmuş bizə baxan Raufu gördükdə bir az şoka düşmüş bir vəziyyətdə oldum. Üzünə baxdıqda qorxuduğu acıq aşkar bəlli idi

"Qızım,çox qorxutdun məni"deyib hovuzun içinə düşərək balacanı qucağımdan alıb onu öpüb qoxlamağa başladı. Mənim isə ağlımda yalnız bir söz vardı. Rauf ona "Qızım..." demişdi... Bu tipdə bir ata?

Bölüm sonu

Müəllif: Goncha
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 808
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri