Yeraltı Bənövşə (19-cu bölüm)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 3 890
Səs ver:
(səs: 0)
Ülvinin dilindən

Sizi bilmirəm amma mənim uşaq parkına gedib, yelləncəkdə oturaraq göyüzündə olan ulduzları seyr edib, ağladığım çox vaxtlarım olub. İndi yenə həmin vaxtlardan birini yaşayırdım. Daha doğrusu yaşayırdım yox, yaşayırdıq...
Çünki, qarşımdakı qızda mənimlə bərabər acı çəkmişdi. Ona içimdəkiləri çox gizlətmədən açıb demişdim. Mənimdə hekayəm bu idi...
Hər hekayə xoşbəxt sonluqla bitməzdi. Mən xoşbəxtliyimdə, ulduzum daima göyüzündə parıldayanda söndü. Göyüzünə əlim çatmır mənim... Sadecə uzaqdan uzağa seyr edə bilirəm. Qarşımda indi bir dəniz gözlü qız oturmuşdu. Onun gözlərini göyüzünə bənzətmək hec keçmirdi içim. Dənizə bənzəməsi mənə yetirdi. Ən azından dənizdən boğulan bir insanın xilas olma ehtimalı vardı
Baxışlarımız bir biri ilə kəsişdikdə "Nəyə görə göyüzü deyil, dənizə bənzədirsən gözlərimi?"dedi. Təxmin etdiyim qədəri ilə başqa bir insan tərəfindən onun gözləri göyüzünə bənzədilirdi. Acımı içimə basıb, bulanıq görən gözlərimi silməyə başladım
"Göyüzü hüzurludu hə?"dedim

"Həə... Göyüzü məncədə insana hüzur bəxş edir"

"Gündüzlər mavi olan göyüzüdə, gecə olunca qaranlıq görünməyə məhkum edilir... Göyüzü aldıqlarını hec vaxt geri vermir... Ona görə gözlərini göyüzünə bənzətmək istəmirəm. Sənidə əlimdən almasını, ora həbs edilməyini istəmirəm mən. Mənim bir Ulduzumu ora vermişəm... Sən dəniz ol... Dənizdə boğulmaq daha yaxşıdı. Çabalaya bilirsən, kömək istəyə bilirsən. Xilas yolu var... Mənim bu gündən dəniz gözlüm olmağa nə deyirsən?"

"Bu qədərdə dərin düşünə bilməmişdim mənasını... Puzzlenin itən parçaları indi bir - bir yerinə oturdu. Sənin dəniz gözlün olacam... Ancaq bir şərtlə"

"Şərt? Sən böyümüsən hələ bir mənlədə şərt kəsirsən hmm?"

"Qəbul etməsən olmayacam"

"Şərtini de görüm"

"Səndə mənim pambıq qəlbli adamım olacaqsan"

"Daş qəlblindən pambıq adama keçid etdik?"

"Ülviii!"deyib əlini yumruq edərək sinəmə yavaşca vurdu. Gülmədən keçə bilmədim. Necədə məsum düşüncələri vardı. Mənim güldüyümə görə oda gülməyə başladı. Az əvvəl ağlayırdıq... İndi nə qəribə məni güldürməyi bacarmışdı

"Bu gündən pambıq qəlbli adam olmağa çalışıb, səni incitməməyə çalışacam. Sənə qəlbimin ən gözəl tərəfini açdım mən. Hec kəsə bu yaxşılığı etməmişəm. Qədrimi bil"

"Son sözündə yene egon baş qaldırdı!"

"Bu qədər danışdığım seylərdən sonra egolu biri olduğumu düşünürsən?"

"Düşünməməyim üçün hec bir fürsəti qaçırtmırsan! Sən mənim qədrimi bil ki səni yanındayam məənn" deyərkən əlini alınına vurub "Anammm... 10 dəqiqəni keçib hə?! Öldürəcək indi məni!"dedi. Onun bura vaxtla gəlməsi tamami ilə yadımdan çıxmışdı. Yanımdan ayağa qalxdığını gördükdə, ayağa qalxıb dizlərimi təmizləyərək ona baxdım. Təşfişə düşmüş halı belə çox gözəl idi... Gülümsəmədən dayana bilmədim. Güldüyüm anda onun əsəbi baxışlarına məruz qaldım. Daha sərt baxmağa davam edib, əlini yenə yumruq edərək sol qoluma vurmağa başladı

"Nəyə gülürsən hə sən?! Deyirəm evə gec qalıram, artistin xoşuna gəlir bu halım amma!"

Onun bu sözlərinə daha çox güldüm. Vurduğu zərbələrdə hec incitmirdi. Çünki əli çox yüngül idi. "Gülüşünü saxla Ülvii! Məni dəli eləmə!"dediyində atdığı sonuncu yumruğu saxlayıb əlindən tutdum. Gülüşümü yavaş - yavaş kəsməyə çalışdığımda "Əllərin ağrıyar, az vur"dedim. Balaca əllərinin inciməsini hec istəmirdim.

"Buna bax hələ sən. Vurduğum yumruqlar məni incidir demir, əllərin ağrıdar deyir" dedi

Tutduğum əlinə baxmağa başlayıb, əlini azacıq yuxarı qaldırıb özünə göstərdim

"Bu əllər? Bu balaca əllər mənim canımı incitdi? Hec ruhum belə incimədi"dedim

Üzündə olan az əvvəlki sərt ifadə silinməyə başladı. Sonra hec gözlmədiyim bir cümlə, onun dodaqları arasından töküldü

"Ruhunun inciməsinə, könlüm əl verməz mənim... Ruhunu daha yaxşı etməyə çalışacam. Mənim yanında ruhun dincələcək. Biz bir birimizə çox yaxşı gəlirik"dedi

Cümləsi belə ruhuma yaxşı gəlmişkən, özünü hec demək belə istəməzdim. Aramızdakı məsafəni tam itirib ona yaxınlaşdığımda, titrədiyini amma geri çəkilmədiyini hiss etdim. Oysa, titrməsinə səbəb olacaq hec bir hərəkət etməyəcəkdim mən. Başını dik tutub mənə baxdığında, üzünün hər bir cizgisinə dərinlikə baxdım. Ən son nə vaxt bir qadının üzünə belə baxmışdım? Ən son nə vaxt bu qədər yaxın bir təmasda çəkinərək bir qadına toxunmaq istəmişdim? Həmdə ağılımda sadecə gözləri varkən... Ağlımdan gözlərini öpmək keçərkən...
Mənə acılarımı unutdururdu... Dik dayanan görünüşünün altında, balaca bir qorxaq qızcığazın yatdığını bilmək qədər içimə oturan ikinci bir sey yox idi. O mənim gözümdə şokalad sevər olan, balaca bir qızcığazdan fərqi yox idi. Məsum və bir o qədərdə təmiz...
Dodaqlarını islatdığını gördükdə, dodaqlarımın kənarı azca qıvrıldı. Qorxu canına bu qədər işləməli deyildi

"Titrəmənə səbəb olan sey nədi?"deyə soruşdum

"Sey... Seyyy... Mənn getməliyəmmm"deyib aradan çıxmağa çalışdı. Ancaq yox mən belə tez yola gələn oğlan deyildim

"Sualıma cavab verməsən hec yerə getməyəcəksən"

"Ülvi mən onsuz bir az daha burda qalsam, səni məni birdə görə bilməyəcəksən. Anam məni doğrayacaq"

"Qane etmədi bu cavabda"

"Off Ülviii çox tərssən həmdə çox!"

"Cavab ver get"

"Bu qədər yaxınlaşmanın sonu hec yaxşı olmayacaq deyə düşündüm"

"Misal ver"

"Qaşınırsan haa sən!"

"Qaşınmam bir azdan tutacaq hələ. Sən misalını ver. Görüm nə olacaqmış"

"Elə bildim dodaqlarımdan öpəcəksən... Qane etdi sənii? Etmədisəə,"dediyində daha çox dayana bilmədim. Onu özümə tərəf çəkib, dodaqlarımı alınına basdırdım. Dodaqlarımı alınına basdırdıqda, udduğu nəfəsini belə saxladığını hiss etmişdim. Ən əsası, hec geri çəkilməmişdi. Və üzündə saf bir təbəssüm əmələ gəlmişdi. Mən isə bu yaşıma qədər hec bir qadının alınından öpməmişdim. Hətda Ulduzun belə...

İcazə verməzdi mənə... Onu ancaq uzaqdan uzağa sevmişdim. Mən dənizdə boğularkən, o məni xilas etməzdi...

Dodaqlarımı alınından azacıq araladıqdan sonra "İnsan qiymət və dəyər verdiyi insanın dodaqlarından deyil, alınından öpərmiş... Gözlərim əsla dodaqlarına baxmadı hec. Fikirimdə gözlərin vardı... Axı sənin gözlərində, cənnəti tapmışam mən"dedim. Təkrar dodaqlarımı alınına basdırıb, kiciş bir öpüş qonduraraq ondan ayrıldım

"Ülvii... Ülviii..."deyib yanıma gələrək sağ yanıma yaxınlaşıb bir öpücük qondurub, anidən yanımdan uzaqlaşaraq qaçmağa başladı. Çox ani olmuşdu... Öpüşü və gedişi... Əlimi öpdüyü yanağıma aparıb güldüyümdə, gözlərim göyüzünə dikildi. Mən xoşbəxtliyə çatmaq istəyərkən, öz ruhumu kirlədirdim...
Bu hər zaman mənim üçün belə olacaqdı. Göyüzü var olduqca, ulduz məni izləyəcəkdi...

(Sabah)

Dünən gecə öz evimə gəlmişdim. Təmiri yarıda saxlamışdım. Ətraf törtöküntü olsada, otağım səliqəli idi. Hamama daxil olub əli üzümü yuduqdan sonra təkrar otağıma daxil oldum. İlk işim telefonu əlimə almaq oldu. Dəniz gözlümə bir mesaj yazıb, onun üzünün gülümsəməsinə səbəb ola bilərdim. Telefonu əlimə alıb ekrana baxmağa başladım. Nə yazsaydım, çox sevinərdi? Ağılını işlət Ülvi... Bir mesaj düşünüb yaza bilməyəcəksənsə, bu başı bu bədənin üstündə niyə gəzdirirsən?

"Səhər ayılar ayılmaz könlümə sən düşdün. Gəl ağlımın içindən özünü azad burax"

Hec düşünmədən yazdığım mesajı ona göndərdim. Etdiyim bu hərəkətlər bir yerdə özümə yad gəlirdi. Çünki, mən hər seyi yadırğamışdım... İndi onun özünü pis etməməsi üçün əlimdən gəldiyi qədər çalışacaqdım. Ondan cavab gözlədiyim halda, qapımın zəng səsini eşitdim. Kim idi gələn? Bunu bilmədiyimdən otaqdan çıxdım. Qapını açdığımda qarşımda Yunisi gördüm. Yunis vardı... Birdə yarım qalan söhbətimiz...
Hec salam belə vermədən içəri keçdi. Gözü sağa sola baxmağa başladı. Ortalıq qarşıqlıq olduğundan "Təmir yarıda qalıbda"dedim.

"Görürəm... Kor deyiləm mən... Bunuda görürəm digər seyleridə görürəm"

"Səhər - səhər üstümə mənfi enerji yüklümə. Xahis edirəm səndən"

"Səndə necə üz var? Ülvi maraqlıdıda mənə səndə necə dənə üz var! Və sən indi mənə hansını gösdərirsən?!"

"Yunis səni hec başa düşümürəm"

"Gəldin gedirəm dedin, Zeynəbi mənə əmanət etdin. Sonra birdən birə ortalığa çıxdın. Və məni günhakar bildin! Sən istədiyinin açıq - açıq nə olduğunu mənə baş sal!"

"Əvvala sakit olmağa çalış. Qarşında uşaq yoxdu sənin! Bu nədi gələndən azarlayırsan məni?! Sən öz etdiyin səhvlərindən danış. Sənə görə Zeynəb evdən çıxa bilmir"

"Həə ona görə dünən axşam parkda film çəkirdiz?! Bura qədər imiş bacıma olan sevgin?! Sən sevməyin nə olduğunu bilmirsən! Sən yalnızca özünü düşənən egoist bir insansan!"

Əsəbi baxışlarımın yerinə, dərin bir hüzun çökdü. Mənim xoşbəxt olmağa hecmi haqqım yox idi?

"Yunis çıx get evimdən. Allah xətrinə çıx get!"deyə səsimin tonunu ucalatdım. İnsan insanın yarasını hec qanadarmı? Yaramı qanatmaqdan zövq alırdı?

"Getdikdən sonra hər sey düzələcəkmi Ülvi? Yox düzəlməyəcək!"deyib mənə yaxınlaşdı. İşarət barmağını ürəyimin üstünə basdıraraq "Ruhunu balaca bir qızın üstündə təmizləməyə çalışma.... Bunu ona etmə... 1 aydan sonra, Zeynəbə bacara bilmədim deyib, onu tərk edib getmə... Yoxsa ağlamaq üçün bir çiyin axtardıqda, mənim yanıma qaçacaq"dedi. Yanımdan çəkilib gedərkən, evimi tərk etdi.
Onun gedişi ilə telefonumun mesaj səsini eşitdikdə, ekrana baxdım. Zeynəb yazmışdı

"Mənimdə könlümə sən düşmüsən. Həmdə bir xəstənin nar istəməsi kimi :)"

Mesajı oxuyar oxumaz əsəbimdən əlimi yumruq edib divara möhkəmcə yumruq atdım. Əlimin ağrısını hiss etdiyimdə dilimdən "aa"deyə bir nida töküldü. Hər seyi boş vermək istəyirdim mən. Ancaq alınmırdı... Əlimə baxdığımda, canımı daha çox əsəb bürüdü. Haqq edirdim belə yaşayışı?

Təmiz hava almaq üçün evdə o şəkildə çıxdım. Pillələri bir - bir düşdükcə, acı çəkdiyimi hiss etdim. Nəyin acısı idi ayırd edə bilmədim...
Atdığım son addımda dayanıb, piləkanın küncündə oturdum. Canımı bu cür ağrıdan hansı acı idi axı?

Bölüm sonu
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 890
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri