Yeraltı Bənövşə (22-ci bölüm FİNAL)

Müəllif: Lusi
Şərhlər: 5
Baxılıb: 6 064
Səs ver:
(səs: 2)
Deyəsən, əsl yuxunu indi görürdüm mən. Boğazım düyümlənmiş kimi oldu. Ancaq bu düyün acıdan deyildi. Qarışıq hisslərimin nəticəsində yaranmışdı. Bir liftdə olmasaqda, mənə qismətim olarsanmı dedi... Özümə etiraf etməyə çəkinsəmdə, onu sevdiyimi bilirdim. Bu dəyişilməz bir həqiqət idi. Onun qəlbində yenidən bir yerə sahib olmaqda, bir başqa hiss idi. Həm sevinc dolusu, həmdə bir az qorxu ilə...
"Olaram..."deyib baxışlarımı ondan qaçırtdım. Məni özünə tərəf daha çox çəkib, aramızda olan kicik məsafəni itirdi. İndi qaçası, gedəsi bir yerim olmamışdı daha...
"Gözlərini məndən qaçırtma..."dediyində qorxaqyana baxışlarım ilə ona baxdım. Ülvi isə sözünə davam etməyə başladı
"İçində kiçicikdə olsa, bir şühbənin qalmasını istəmərəm... Düzdü, ilk başlarda mənim üçün çox çətin oldu. Səni sevdiyimi qəbullana bilmədim... Hətda olmaz deyib, burdan qaçıb getmək istədim... Sonra düşündümki, mənim xoşbəxt olmağa hecmi haqqım yoxdu? Sənində mənim yanımda xoşbəxt olduğunu gördüm... Biz bir - birimizi xoşbəxt edirik... Bu hər seyin üstəsənindən gələcəyimiz mənasına gəlir. Mən bütün keçmişimi, bir nece vaxtdı torpağa basdırdım. İndi o torpağın üstünə, gül əkmək sənə düşər... Əminəm bundan sonra bizim üçün hər sey daha yaxşı olacaq"
Üzünə azacıq gülümsəmə gəldiyində, məndə təbəssüm etməyimdən geri qalmadım. Onu hər seyi ilə qəbul edəcəkdim... Mənim üçün ən düzgün insan O, idi...
"Bütün kaprizlərimə dözəcəksən?"
"Kaprizlərinə dözməyəcəm, kaprizlərini çəkəcəm sevgilim"
"Imm ilk dəqiqədən sevgiliniz olduq?"
"Sən əvvəldəndə mənim sevgilim idin. Ancaq yalançı... İndi yalanı götürdük, sevgili sözünü saxladıq. Mənim yalançı olmayan sevgilim"
"Qulağa çox xoş gəlir dediklərin... Yuxuda imişəm kimi gəlir"
"Bu həqiqətdi... Sən həqiqətsən, sənə olan sevgim həqiqətdi"
"Bu həqiqət hec bitməsin... İçimdə qəribə bir xoşbəxtlik hissi var. Bu hissi mənə yaşatdığın üçün minnətdaram sənə"
Əlinin birini belimdən çəkib, yanağıma gətirdi. Barmaq ucları ilə yanağıma xırda toxunuşlar etməyə başladı. Gözlərində gözlərimdən hec çəkmədən... Yenidən mənə yaxınlaşıb dodaqlarını alınıma basdırdı. Alınımı ikici öpüşü idi... Dodaqlarını alınımdan çəkdikdən sonra "Bu anımızın bitməsini hec istəmirəm. Ancaq sən evə getməlisən..."dedi. An'a qapılıb getdiyimdən evə getmək yadıma hec düşmürdü. Haqqlı idi evə getməli idim mən.
"Gedək sevgilim" dediyimdə əlimdən tutub irəli addım atmağa başladıq. Bu yer bu saatdan sonra mənim üçün çox əziz olmuşdu...
Evə gəldikdə otağıma keçib, pəncərəmin qarşısına keçib çölə baxdım. Qaranlıq ətrafa baxıb, hava almaq mənə bəzi seyleri düşündürməyə vadar etmişdi. Ülviyə onu yuxumda gördüyümü dedim. Biz indi həqiqətən bir sevgili olduq... Ancaq qarşımda bir çox əngəl var idi. Və bu əngəllərin Ülvini qırıb, incitməsini hec istəmirdim. Bəzi saf baş obraz qızlar kimi bir kənara çəkilib, öz xoşbəxtliyimizə kölgə salacaq biri deyildim mən. Atamla danışıb aramızda olan bu mühakiməyə bir son verməli idim. Ən əsası Yunislə görüşməli idim... Onun Ülvinin üstünə gəlməsini istəmirdim. Ülvinin daha çox xoşbəxt olmağa haqqı vardı. Mənim sevdiyim adamda Ülvi idi... Bu gecə bunu daha yaxşı başa düşmüşdüm. İnsan xəyalındakını deyil, qəlbinə yatanı sevərmiş...
Səhər açıldığında ilk işim atamla danışmaq oldu. Verdiyi cəza aradan götürülməli idi. Onun üçün şirin dilimi işə salaraq yenidən atamla danışıb, onu razı salmışdım. Şirin dilin hər zaman işə yaradığını, yenə öz özümə sübut etmişdim. İndi isə Yunislə görüşmək üçün hazırlanıb evdən çıxdım. Bu görüşdən Ülvinin xəbəri yox idi. Yunislədə danışıb hər seyi həll etməyi düşünürdüm. Fikrimcə Yunisdən bizə pislik gəlməzdi. Gizlənmədən, açıq fikrimi ifadə edərək yenə hər seyi yoluna qoya bilərdim. Görüşəcəyimiz kafeyə gəlib çatdığımızda onu pəncərə qarşısında oturan masada gördüm. Məndən tez gəlmişdi, görüş yerimizə... Yanına doğru irəlləyib "Salam mən gəldim" dedim.
Soyuq səsi ilə "Xoş gəldin Zeynəb"dedi. Bəlkədə bu görüşün mahiyyətinin nə olduğunu başa düşmüşdü... Masa arxasına keçid edib əyləşdiyimdə "Nə içərsən?"dedi. Hec nə içmək istəmirdim. Danışıb tez getmək istəyirdim...
"Nəsə icəcək qədər uzun danışmayacam səninlə. Nə də söhbəti uzatmaq istəmirəm... Qısa kəsəcəm... Mən bura Ülvi üçün gəlmişəm..."
"Mənimlə birlikdə keçirtdiyin vaxtları nə tez unutdun?"
"Yunis mən sənə hec vaxt ümüd vermədim. Sənin yanında olarkən belə Ülvidən danışıb durdum. Məni bunun üstündə mühakimə edə bilmərsən!"
"Mən qadınların üstünə gələcək bir insan deyiləm... Buyur nə demək istəyirsənsə de"
"Biz Ülvi ilə bir birimizi sevirik. Artıq həqiqətən bir sevgili olduq... Səndən istəyim budu ki, bizi narahat etmə... Əsasda Ülvini... Onun üstünə bu mövzuda getmə. Mən onun inciməsini və qırılmasını hec istəmirəm. Onsuzda O, yetəri qədər qırılıb və incinib"
"Tək Ülvinin hissləri var imiş kimi danışmağın nə dərəcədə düzgündü?"
"Çünki mənim sevdiyim insan odu. Və mən öz həyatımıza bir kənardan durub tamaşa edə bilmərəm... Məni başa düşəcəyini ümüd edirəm"
"Bu dəfə bir kənara atılan mən oldum... Nə deyim Zeynəb? Xoşbəxt olun..."
"Qismət deyə bir sey var Yunis. Mən sənin qismətin deyilmişəm. Eyni xoşbəxtliyi məndə sənə arzu edirəm. Və burdan bir düşman kimidə ayrılmaq istəmirəm..."

1 həftə sonra
"Ülvi, Ülvii əlimdən möhkəm tut ha, yıxılmaqdan qoxuram"dedim gözüm bağlı olarkən. Ülvinin üzünü görməsəmdə gülüş səsini qulaqlarım eşitdi. Gülüşünü saxlayıb "Qorxma sevgilim, yıxılacaq yer deyil burası" dedi. Ah, birdə harda olduğumuzu mən bilsəydim içim rahat olacaqdıda, ancaq harda olduğumuzu bilmirdim. Ülvi, səni bir yerə aparacam süpriz olacaq sənə dediyi üçün gözlərimi bağlamışdı. Gözümün qarşısı tam qaranlıq idi.
"Ülvi daha nə qədər gedəcəyik?"dediyimdə əlini əlimdən çəkdi. Bir anlığına özümü boşluğa düşürmüş kimi hiss etdim...
Amma sonrasa, gözümə bağladığı ipin boşaldığını hiss etdim. Gözümü tam açdığında arxadan qulağıma doğru "Dəniz gözlüm..."deyə pıçıldadı. Boynuma tərəf vuran nəfəsi içimin titrəməsinə səbəb oldu. Həmdə ürəyimin üstünə kəpənəklər qondurmuş kimi, hiss etdirərək...
Gözlərim çox bağlı qaldığından, gözlərimi ilk əvvəl ovuşdurmağa başladım. Gözlərimi ovuşdurduqdan sonra gözlərimi yavaş - yavaş açmağa başladım. Qarşımda bu mənzərəni görməyi hec gözləmirdim...
Üzümə kicik təbəssüm daxil oldu. Ülviyə dönüb baxdım. Bunu bu dəqiqliyində necə bacarmışdı?
Qarşımda bir dəniz vardı... Göyüzündə isə günbatımı... Sevdiyin insanla günbatımını izləməkmi? Qulağa çox xoş gəlirdi...
"Bəyəndin?"
"Bəyənmək nə kəlimə, aşiq oldum bura mən"
"Hey sən yalnız mənə aşiq ola bilərsən"
"Yanımda sən olduğun üçün sevdim buranı. Təşəkkür edirəm sevgilim... Hər zaman günbatımını izləmək istəmişdim. İndi həm günbatımı var, həmdə dəniz"
"Bu gün günbatışını izləyirik, nə vaxtsa gün doğuşunuda izləyəcəyik səninlə bərabər. Daha çox günlərimiz olacaq qarşıda. Bərabər çox sey edəcəyik. Bu gün dənizi, günbatımını siyahıdan çıxartdıq. Varsan yeni etməli olduğumuz bir siyahi daha yazmağa?"
"Mən səninlə hər seye varam. Varam pambıq qəlbli adamım"
Ayaqqbılarımızı çıxardıb bir kənara qoyaraq dənizin sahilində oturduq. Qum dənəcəklərinə toxunarkən, bir yanda da günün batışını izləyirdim... Ülvinin gözü isə daha çox mənim üstümdə idi
"Ülvi dəniz məzərəsi qarşındadı. Qarşıya bax" deyib dizlərimi özüm tərəfə çəkib başımı dizimə yasladım. Gün yavaş - yavaş batmaq ərəfəsində idi. Buna canlı şahid olmaq gözəl bir sey idi. Ülvi əlini saclarıma gətirib, saclarımı oxşmağa başlayaraq "Mənim mənzərəm sənsən..."dedi. Ülvinin belə danışıqları mənim sonum olacaqdı. Hər dəfə o bir söz dediyində mən həycanlanırdım...
"Ülvi siyahımıza bərabər rəsm çəkməyidə əlavə edək. Necə fikirdi?"
"İlk rəsimimizdə bir dəniz olsun onda"
"Gün batımınıda çəkərik"
"Sən istəsən edərik. Sən məndən daha bacarıqlısan bu işlərdə"deyib mənə bir az daha yaxın oturaraq qolunu çiynimə yerləşdirib məni özünə tərəf çəkib, qucaqladı. Hər sey çox gözəl idi. Hər zaman belə olacaqdı? Gələcəyimizdə nə baş verəcəkdi görəsən?
"Ülvi bizim gələcəyimiz necə olacaq?"deyib başımı qaldırıb ona tərəf baxdım.
"Gələcəyimiz çox gözəl olacaq. Bilirsən niyə? Çünki qarışımızda dəniz ilə günbatımı var. Amma biz onlara baxmaq əvəzinə bir - birimizə baxırıq. Avtobusa minib sağ tərəfdə oturduqda, sol tərəfdə olan gözəllikləri görmürük. İndi bizdə sağ tərəfdə oturmuşuq. Ancaq sol tərəfin gözəlləyini qaçırtmırıq. Sol tərəfim, sənin üçün atır... "dedi
Dayana bilməyib onu möhkəmcə qucaqladım. 'Sol tərəfim sənin üçün atır' cümləsi bu günə qədər eşitdiyim cümlələr arasında ən gözəli olmuşdu. Mən yuxum ilə xəyalım arasında qalarkən, ən gözəlin secmişdim... O'nu ... ❤

Davam etməkdə olan Son

Müəllif:Goncha
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 6 064
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri