Sönmüş Həyat... (5-ci bölüm FİNAL)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 1380
Səs ver:
(səs: 0)
Bölüm 5 – SÖNMÜŞ HƏYAT


Raul gördüyü mənzərə ilə dəhşətə gəlmişdi. Səma
özünə qəsd etmişdi. Cavan oğlanın ruh halında bir
əsər-əlamət daha qalmamışdı. Geriyə qalan bir qızı
qalmışdı, o da öz anasının ağuşuna qərq olmuşdu.
Faciədir, həqiqətən. Qızına baxaraq, Mələyi
xatırlayan cavan oğlan, özünə stimul bəxş edəcəkolan qızı da artıq yoxdu.. Bu sadəcə dəhşətdən
başqa bir şey ola bilməzdi.
Raul dizləri ilə yeriyərək, gözündən yaş tökülə￾tökülə cansız qızının ətrafına yaxınlaşdı. Bir atanın
göz yaşları. Yəqin ki, təsəvvür edirsiz bu nə
deməkdir. Sənə əziz olan insanları, sevdiklərini
itirmək hissi bilirsiz nə deməkdir. Raul qızının
cansız bədəninə toxunurdu. Əllərindən öpə-öpə
“Qızımmm..Niyə belə etdin, niyə? “- ağlayaraq
üsyan edirdi.
“Axx.. Qızım səsimə səs ver..,xahiş edirəm qızım
qalx ayağa, yalvarıram “
Raul üsyan edərək, qızının bədənin qarşısında
yazılan, məktuba oxşar,bir kağız parçası gördü.
Əlinə alaraq, oxumağa başladı :
“ Əzizim, həyat yoldaşım! Səni nə qədər çox
sevdiyimi bilirsən, bunu yazmaqda məqsədim o
oldu ki, hər nə olursa olsun, səni Allah dərgahında
da gözləyəcəm. Bəli, səndən gizlətməyə
çalışmışdım, mən xəstəyəm, həkimlər də nə zaman
doğum etsəm əgər, dünyadan köçməyimi mənə bildirmişdilər. Əslində müalicəsi var idi
xəstəliyimin, sadəcə olaraq səni sıxıntıya
sürükləmək istəmədim və səndən gizlətməyə
çalışdım.Məhz, qız övladımızın olacağını bildiyim
halda sənə əvvəlcədən adını “Səma”qoyarıq
dediyimi başa düşəcəksən. Məni yaşadığın
müddətcə unutma, qızımıza bax və məni xatırla.
Həmişə də sev “ Səni çox sevirəm.! Səni tək
buraxdığım üçün məni günahlandırma.Qismət belə
imiş.. “
MƏLƏK
Səmanın özünə qəsd etməyi məhz anasının yazdığı
məktub sayəsində baş verdiyi ortaya çıxmışdı. Son
vaxtında, qızına “Sənə söz verirəm ananı gətirəcəyəm “-
deməsi, çox güman qızına yalan vəd verməsi ilə
nəticələnmişdi. Raul yox oldu hərşeydən. Həyatı
sönmüş idisə də, yenidən o hissi alovlandı qəlbində..Nə
canından sevdiyi yoldaşı yanında idi, nə də ki can
parçası olduğu qızı.. Yaşamağa dəyərdimi?Raulun içki şüşəsini məqsədli şəkildə damdan yerə
atmağı, şüşənin param-parça olduğunu göstərdi, bax
indi onun qəlbi də elə idi, yaşamırdı.. LAKİN, NƏFƏS
ALIRDI..

“Çox zaman ümid yaşatmır, öldürür. “

**********
Müəllif:Nicat
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1380
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri