Bahar və yay aylarında sevərək yediyimiz çiyələyin çox faydalı olduğunu bilirik. Lakin zibil yeşiyinə atdığımız yarpağı haqqında məlumatsızıq.
Sən demə, çiyələk yarpağı bir çox xəstəliyə faydalıdır. Çiyələk yarpağının faydaları arasında: - Antioksidan xüsusiyyəti olan çiyələk yarpağı qanı təmizləyir, immunitet sistemini gücləndirir.
- Bağırsaqlara olduqca faydalıdır. Qəbizlik, bağırsaq iltihabı, bağırsaq qazları və bağırsaq qurdlarına yaxşı təsir edir. Maddələr mübadiləsini sürətləndirir.
- Qaraciyər xəstəliklərinə qarşı qoruma təmin edir.
- Böyrəklərin nizamlı işləməsinə kömək olur. Qum və daş tökən xəstələrə tövsiyə edilir.
Çiyələk yarpağı necə istifadə edilə bilər? Çiyələk yarpağını yaşıl və ya quru formada istifadə edə bilərsiniz. Yaşıl halda istifadə etmək istəsəniz, isti suyla yuduqdan sonra 1 stəkan qaynayan suya 5-6 yarpaq atıb 5 dəqiqə dəmləndikdən sonra içə bilərsiniz.
Quru halda istifadə etmək istəsəniz, 1 x.q. quru çiyələk yarpağını 1 stəkan qaynar suda dəmləyin. 15-20 dəqiqəyə qədər qaynatdıqdan sonra balla dadlandıraraq adi çay kimi için.
Ağız yarası müalicəsində istifadə etmək üçün çiyələk yarpağı çayı ilə qarqara edin.
Qeyd: Bu alternativ tibb üsullarını tətbiq etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin.