Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 7)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 497
Səs ver:
(səs: 1)
Birinci Dəftər
7
 
Mətbəxdə oturub çay içirdim. Telefonun zəngini eşidəndə cəld öz otağıma yüyürdüm. Dəstəyi ehmalca qaldırdım:
—Bəli, kimdir?
O qədər astadan xəbər aldım ki, çox güman səsim mikrafona yetmədi. Boğazımı arıtlayıb, bir də təkrar soruşdum:
—Allo, kimdir?
—Mənəm.
Səhv etməmişdim. O idi.
—Dərya?.. Salam.
—Nə təhərsiniz, Könülcan?
—Lap yaxşı. Bəs siz?
—Mən də. Neyləyirsiz evdə?
—Heç… İnstitutdan indicə gəlmişəm.
—Bu axşam nə işlə məşğulsunuz?
—Dərslərimə hazırlaşacağam.
—Bəs mənimlə görüşməyə hazırlaşmırsınız?
Bilmədim, nə deyəm. Canımı dişimə tutdum:
—Yox...
—Çox ləngimərik.
—Mümkün deyil, Dərya.
Onun səsi ciddiləşdi:
—Yoxsa, incimisiniz məndən?
—Xeyr… İnciməmişəm. Başqa səbəb var.
—Məni nigaran qoydunuz, Könül. Bəlkə ucundan-qulağından deyəsiniz..
—Sonra… Narahat olmağa dəyməz.
—Kefim pozuldu. Siz lap...
—İcazə verirəm, mənə "sən” deyin.
—Təşəkkür edirəm. Bəs mən sizi… səni haçan, harda görüm?
—Sabah zəngləşib danışarıq.
—Nə deyirəm ki… Salamat qal. Öpürəm səni. Dud...dud… dud...
Dəstəyi qoydum. Utandığımdan əllərimlə üzümü qapadım. "Öpürəm səni.” Tək otaqda öz-özümə pıçıldadım: "Mən də.” Atamın gözlərindən uzaq.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 497
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri