Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 42)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 646
Səs ver:
(səs: 0)
İkinci dəftər
42


Yerin də qulağı var—doğru deyiblərmiş! Mənimlə bir kursda oxuyan qızlardan üçü imtahandan çıxıb bağımıza gəlmişdi; Dəryadan ayrıldığımı eşitmişdilər. Anam eyvanda bizim üçün stol açdı. Üzüm, pendir, çörək gətirdi. Yüngülcə nahar edib, dənizə çimməyə getdik. Mən bağda olduğum müddətdə hələ sahilə enməmişdim. Göy qübbəsinin zirvəsinə dikəlmiş günəşin iti şüaları adamın bədəninə acı tikan kimi sancılırdı. Qum yamanca qızmışdı. Yalın ayaqlarımızı yandırırdı. Göz qamaşdırıcı Xəzər öz vadisində civə dənizinə oxşayırdı. Sular, yatağında sakit və hərəkətsiz idi. Təkəm-seyrək qağayılar uçurdu ənginliklərdə. Şəhər sanki dənizə axışmışdı. Soyunmağa münasib yer tapmaq çətindi. Biz qələbəlikdən uzaqlaşıb, çimərliyin qurtaracağındakı boz qayaların kölgəsinə çəkildik. Qızlar çimməyə hazır gəlmişdilər. Daha gözləmədilər. Əlüstü paltarlarını çıxardaraq suya baş vurdular. Mən də dallarınca cumdum. Əndamım islancaq canıma sərinlik qarışıq xoş bir rahatlıq süzüldü. Elə zənn etdim ki, çoxdan bəri qəlbimi çulğayan kədər, ağırlıq fövrən əriyib Xəzərə axdı və mən xeyli yüngülləşdim... Evə axşam sərinliyində qayıtdıq. Anam plov bişirmişdi. Bunu həyətə girəndə, ocaq üstdə buğlanan qazanın dadlı qoxusundan duyduq.
—Qızlar, yuxarı qalxın, xörəyimizi orda yeyəcəyik,—deyə atam təzəcə düzəldib qurtardığı külafirəngini nümayişkaranə bir tərzdə bizə göstərdi. Rəfiqələrim gedənədək hər şeydən danışdılar. Təkcə Dəryadan söhbət salmadılar. Bu daha yaxşı növ təsəlli idi. Bir onu bildim ki, məsələni Fəzilədən öyrəniblər. Hər halda qızların gəlişi məni az sevindirməmişdi. O gecə eyvanda qatlama çarpayıda uzanıb gözlərimi ulduzlara zilləyərək hey fikirləşirdim; ürəkləri fərəhləndirən də insanlardır, kədərləndirən də insanlar… Quran da, dağıdan da onlardır—insanlar. İnsanlar!.. İnsanlar!..
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 646
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri