Ayrılığın bustu

Şərhlər: 3
Baxılıb: 1 873
Səs ver:
(səs: 0)
Sənnən ayrılım deyə bütün dünya düzülə,
Əllərim, ayaqlarım sən tərəfdən üzülə,
Ürəyim qan ağlaya, gözlərimdən süzülə,
İçimdəki sevginə sığınıb qalaram mən.

Səni mənim ömrümün qəsdinə çevirsələr,
Həyatımın altını, üstünə çevirsələr,
Məni ayrılıqların büstünə çevirsələr,
Səni daş qadın kimi yenə də, sevərəm mən.

Sən mənim həm əvvəlim, həm axırımsan adam,
Mənim uzaqlardakı tək yaxınımsan adam,
Biraz sevgi, bir azda eşq qoxulumsan adam,
Varlığını bir ömür qibləgah bilərəm mən...

Əfsanə Rəvan
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 873
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri