Kartoflu pankek resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 279
Səs ver:
(səs: 2)
Qadinla.com həftə sonu uzun uzun nahar etməyi sevənlər üçün ləzzətli bir pankek tərifini sizlər üçün araşdırdı. Süfrənizi rəngləndirəcək və hazırlanması da çox asan olan kartoflu pankek resepti bu məqaləmizdə:

Tərkibi:
3 ədəd kartof
2 yemək qaşığı zeytun yağı
2 ədəd yumurta
4 yemək qaşığı qatıq
1/2 su stəkanı un
1 çay qaşığı duz
1 çay qaşığı istiot
1/4 dəstə şüyüd (incə qıyılmış)
1/2 ədəd soğan

Hazırlanması:
Kartofların qabığını soyub qaynayan suyun içərisində pörtün. Daha sonra rəndələyin.

Sobanı 170 dərəcəyə nizamlayıb, soğanları rəndələyin. Suyunu süzdükdən sonra un istisna olmaqla bütün vəsaitləri qarışdırın.

Sonra unu da yavaş-yavaş əlavə edərək əllə şəkil verilə bilən konsistensiya gətirin.

Daha sonra yağlı kağız sərilmiş soba sinisinə düzüb 15 dəqiqə qədər bişirdikdən sonra servis edin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 279
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri