Qadinla.com həftə sonu uzun uzun nahar etməyi sevənlər üçün ləzzətli bir pankek tərifini sizlər üçün araşdırdı. Süfrənizi rəngləndirəcək və hazırlanması da çox asan olan kartoflu pankek resepti bu məqaləmizdə:
Tərkibi: 3 ədəd kartof 2 yemək qaşığı zeytun yağı 2 ədəd yumurta 4 yemək qaşığı qatıq 1/2 su stəkanı un 1 çay qaşığı duz 1 çay qaşığı istiot 1/4 dəstə şüyüd (incə qıyılmış) 1/2 ədəd soğan
Hazırlanması: Kartofların qabığını soyub qaynayan suyun içərisində pörtün. Daha sonra rəndələyin.
Sobanı 170 dərəcəyə nizamlayıb, soğanları rəndələyin. Suyunu süzdükdən sonra un istisna olmaqla bütün vəsaitləri qarışdırın.
Sonra unu da yavaş-yavaş əlavə edərək əllə şəkil verilə bilən konsistensiya gətirin.
Daha sonra yağlı kağız sərilmiş soba sinisinə düzüb 15 dəqiqə qədər bişirdikdən sonra servis edin.