Tərkibi: 220 qr un 1/2 çay qaşığı qabartma tozu 1/4 çay qaşığı karbonat 1/4 çay qaşığı duz 150 qr toz şəkər 115 qr otaq istiliyində kərə yağı 1 ədəd yumurta 225 qr holland pendiri 50 qr pudra şəkəri 2 çay qaşığı vanil göz qərarı fəsil meyvələri 1/4 su stəkanı ərik ya da heyva cemi suyu 1 yemək qaşığı su
Hazırlanması: Un, qabartma tozu, karbonat və duzu qarışdırın. Şəkər və kərəyağını mikserlə krem konsistensiyasına gələnə qədər çırpın. Yumurta və 1 çay qaşığı vanili də əlavə edib qarışdırmağa davam edin. Ən son un qarışığını yavaş - yavaş əlavə edərək yumşaq bir xəmir konsistensiyasına gələnə qədər əlinizlə yoğurun. Yağlı kağız sərilmiş dövrdə qəlibini yaxşıca yağlayın və hazırladığınız xəmiri qoyub əlinizlə yayın. 180 dərəcə istilənmiş sobada 15-20 dəqiqə bişirin və soyumağa buraxın. Bu vaxt holland pendir, pudra şəkəri və qalan vanili mikser ilə yaxşıca qarışdırın. Soyuyan pizza keksinizin üzərinə hazırladığınız kremi çəkin. Krem üzərinə istədiyiniz meyvələri düzün və meyvələrin üzərinə sulandırılmış heyva ya da ərik cemini fırçayla çəkin. 30 dəqiqə qədər soyuducunda gözlətdikdən sonra nuşla qəbul edə bilərsiniz.