Yazı tərzləri - Müzakirə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 350
Səs ver:
(səs: 3)
Salam, hörmətli Qadınlar.biz saytının istifadəçiləri. Sizləri çoxdandır ağlımda olan bir mövzu ətrafında müzakirəyə dəvət etmək istəyirəm. Mövzu yazı tərzidir.

1) Yazı zamanı Azərbaycan hərflərinin sıxışdırılıb çıxarılmasına- ə əvəzinə e, ö əvəzinə o, u əvəzinə ü, ş əvəzinə s, sh və ya w, ç hərfi əvəzinə c, ch, ğ əvəzinə g, gh, ı əvəzinə i kimi hərflərin işlədilməsi sizcə nə dərəcədə düzgündür? Sizcə biz (yazıda ü, ş və sair kimi hərflərdən istifadə etməyənlər) niyə bu hərflərdən boyun qaçırıb digər "əvəzləyici" hərflərlə yazırıq və sözü gülünc vəziyyətə salırıq?
Əlimiz o hərflərə öyrəşməyib kimi bəhanələr qəbul olunmur.

2) Bəs Azərbaycan dilinin qrammatik qaydalarının kobud şəkildə pozulub yerlə süründürülməsinə (sözlərin yersiz qısaldılmasına, sözlərin deyiliş şəklində yazılmasına, duyğu işarələrinin səhv qoyulmasına) münasibətiniz necədir?

3) Sizcə öz doğma dilimizə bu cür hörmətsizlik etmək düzgündürmü? Əgər biz belə ediriksə kənardan dilimizə qarşı hörməti gözləmək nə dərəcədə düzgündür?
Əvvəlcədən təşəkkürlər.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 3 350
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri