Vitaminlərlə zəngin olan 5 ucuz bitki

Müəllif: Gülşən
Şərhlər: 5
Baxılıb: 2 150
Səs ver:
(səs: 1)
Qiyməti ucuz olmasına və asanlıqla tapılmasına rəğmən, dəyəri az bilinən 5 superbitkinin adı açıqlanıb.
 Enerji deposu adlandırılan bitkiləri təqdim edir.

Su tərəsi
A, C və E vitaminləri ilə yanaşı, fol, kalsium və dəmir baxımından olduqca zəngindir. Mütəxəssislər su tərəsinin kələmin sahib olduğu faydaları yerlə yeksan etdiyini bildirir. Əksər insanlar suyun içində yetişən tərənin torpaqda yetişəndən daha ləzzətli olduğunu deyir.

Cəfəri
A, C və K vitamini baxımından zəngin olan cəfəri həm də fol, kalium, dəmir, maqnezium və kalsium qaynağıdır. Ödəm atması, yağ yandırmağa köməkçi olması ilə favorit bitkilərdəndir.

Çuğundur yarpağı
A vitamini ilə zəngin olan çuğundur yarpağının tərkibində dəmir mövcudur və bəsləyici xüssiyyəti var.

Dəniz yosunu
Minerallar, vitaminlər və antioksidant ilə zəngin olan dəniz yosunu sümük suyuna möhtəşəm alternativ ola bilər. Buna görə də ət məhsullarından imtina edənlərə tövsiyə edilir. Yod miqdarı yüksək olduğu üçün tiroid xəstələrinin istifadəsi də məsləhətdir. “Wakame”, ya da “dulse flakes” növləri başlanğıc üçün əla seçimlərdir.

Sarımsaq
Antimikrobial, antiviral və antifunqal xüsusiyyətləri mövcuddur. Xəstəliklər və infeksiyalarla savaşmaq qüdrətinə sahibdir. Yüksək təzyiq və xolestroldan əziyyət çəkənlər üçün yardımçı fünksiyası var. Tərkibindəki allisin maddəsini aktivləşdirmək üçün yeməzdən əvvəl əzilməsi məsləhət görülür.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 150
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri