Ayran haqqında bilmədiklərimiz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 206
Səs ver:
(səs: 2)
Bu il mövsüm normallarının üstünə çıxması gözlənilən istilərlə yaşanan su itkisinin bədənimizə olan mənfi təsirini aradan qaldırmaq üçün hər gün bir stəkan ayran için…

Termal stressə qarşı həll: Ayran
Yaz aylarında istilərin təsiriylə artan nəfəs sıxışması, baş ağrısı, təzyiq düşməsi kimi əlamətlərlə ortaya çıxan termal stressin ən təsirli həlli olaraq mütəxəssislər ayranı təklif edir. İsti yaz günlərində bədənin maye tarazlığının qoruması və tər yoluyla itirilən su və mineralın yerinə qoyulması baxımından böyük əhəmiyyət daşıyan ayranın, sağlamlıq baxımından son dərəcə faydalı bir içəcək olduğu fikirində bütün mütəxəssislər birləşir. Ayran içində saxladığı kalsium, kalium və zülal xaricində A, A, B12, D, B2 və B6 vitaminləri ilə 7dən 70ə hər kəs üçün faydalı.
Yaz mövsümüylə birlikdə istiliyin artması, durğun hava və həddindən artıq nəmin, insan bədənində "Termal stress" adı verilən xüsusi bir vəziyyət yaratdığını ifadə edən Yörsan Qida Mühəndisi Nilufər Hakarayan "Termal stress"in, isti mühitlərdə qalan insanların bədənlərində yığılan və çölə atıla bilməyən istilikdən narahat olmaları nəticəsində ortaya çıxdığını vurğuladı.

B vitamini zəngini: Depressiyanı ayranla aradan qaldırın
Ayran, xüsusilə məzmununda olan qatıq bakteriyaları sayəsində, çox əhəmiyyətli bir içkidir. Heç bir yan təsiri olmadığı kimi sağlamlıq baxımından da olduqca faydalıdır. Əskikliyində depresiyona gətirib çıxaran B vitamini baxımından olduqca zəngin olan ayranın əhəmiyyətinə toxunan Hakaryan ‘Bazar ertəsi sindromlarından, yuxusuzluğa, göz altı bənövşəliklərindən qansızlığa qədər bir çox xəstəliyin təməlində B və B12 vitamini əskikliyi vardır. B vitaminləri anksiyetə və stress semptomlarını yüngülləşdirməyə köməkçi ola bilər, beyində serotonin kimi hormonların istehsalı üçün əhəmiyyətlidir. B12 əskikliyində isə anksiyetə ilə əlaqəli sürətli nəfəs alıb vermənin artdığı təyin olunmuşdur. Xüsusilə nizamlı bəslənə bilməyən kəslərdə sıxlıqla qarşılaşılan bu semptomların təsirini hər gün bir stəkan ayran içərək azalda bilərsiniz dedi.

Yaz aylarında hamilələrin başlıca içkisi
Yaz istiləri hamilə qadınlar üçün çox daha çətin keçir. Xüsusilə çalışan qadınlar üçün maye istehlakı olmazsa olmazların başında gəlir. Ancaq su itirilən mineralı yerinə qoymaq üçün kafi deyil. Bu səbəblə xüsusilə hamilə qadınları yaz ayları boyunca içimi ləziz, sərinlədici və fərahladıcı təsiri olan ayranı seçməlilər.
Həzm sistemini təmir edər
Ayran elektrolit cəhətdən də olduqca zəngin bir içəcək. Beləcə, bağırsaq florasının stabilidəsini artırır və təşkil edir. Həzm sistemindəki mənfiliklərin aradan qaldırılmasında da müalicə edici təsiri var. O, bədənin maye axışını tarazlamaq və normal qan təzyiqini təmin etmək üçün lazımlı olan kaliumu təmin edər.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 206
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri