Ağıllı qidalar

Müəllif: guler19
Şərhlər: 7
Baxılıb: 798
Paylaş:
Səs ver:
(səs: 1)
Ağıllı olmaq üçün təkcə kitab oxumaq, təhsil almaq, müdiklərin söhbətlərinə qulaq asmaq kifayət deyil. Bunun üçün həm də düzgün qidalanmalı, qida rasionuna beyin fəaliyyətini yaxşılaşdıran "ağıllı” qidaları daxil etmək lazımdır. Bəs insan beyninin fəaliyyətinə hansı qidalar müsbət təsir göstərir? 

sağlamlıqla bağlı növbəti yazısı "ağıllı” qidalardan bəhs edir. 

Qaragilə beyin fəaliyyətinin zəifləməsinin qarşısını alır. Xüsusilə insanın yaşlandığı dövrdə zehni məhsuldarlığın aşağı düşməsini ləngidir. Müntəzəm olaraq qaragilədən istifadə etmək əldə olan biliklərin, oxunulan elmi və bədii ədəbiyyatların mənimsənilməsinə kömək edir. Qaragilə həmçinin görməni yaxşılaşdırır, gözün yorğunluğunu götürür, torlu qişada işığa həssas hüceyrələrin yeniləşməsini sürətləndirir. Qaragilənin faydalı xüsusiyyətlərindən biri də yaddaşı möhkəmləndirməsidir. 

Ərik qurusu C vitamini və dəmirlə zəngindir. Dəmir beynin analtik təfəkkürünə, təhlil etmək funksiyasına cavabdeh olan sol yarımkürəsinin fəaliyyətini stimullaşdırır. C vitamini isə dəmirin orqanizm tərəfindən yaxşı mənimsənilməsinə kömək edir. Gün ərzində 3-4 ərik qurusu yeməklə ətrafda baş verən hadisələri daha düzgün təhlil etmək olar. 

Cəmisi bir ədəd kivi yeməklə gün ərzində beyni mənfi təsirlərdən qorumaq olar. Kivi güclü antioksidant olaraq yaddaşı zəiflədən, beynin normal fəaliyyətinə mane olan sərbəst radikallara qarşı effektli və təsirli mübarizə aparır. Bununla yanaşı kivi stressə qarşı da xeyirlidir. O, zehni gərginliyi aradan qaldırır və sinir sisteminə müsbət təsir göstərir. 

Bir çox faydalı xüsusiyyətləri olan üzüm beynin normal fəaliyyəti üçün faydalıdır. O, beyinə qan axınını gücləndirir, yaddaşı yaxşılaşdırır. Qara üzüm beyin və sinir hüceyrələri membranında lazımi miqdarda piylərin olmasına köməklik edir ki, bu da beynin zədələnməsinin qarşısını alır. 

Əncir beyni təmizləyir, onun oksigenlə təchizatını yaxşılaşdırır, yorğunluğu götürür, beynin məhsuldarlığını və həssaslığını artırır. Zehni əməklə məşğul olanlar üçün faydalarına görə əncir ən yaxşı qida məhsullarından biri sayıla bilər. 

Beynin fəaliyyətinə müsbət təsir göstərən qida məhsullarından biri də tünd şokoladdır. Söhbət yalnız tünd və qara şokoladdan gedir. Şokolad beynin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir. Onu da nəzərə almaq lazımdır ki, tünd şokoladdan qədərində istifadə edilməlidir. Əks təqdirdə olan qalan ağılı da itirib sağlamlıq üçün kifayət qədər problemlər qazanmaq olar. 

Beynin normal fəaliyyəti üçün balqabaq tumu da faydalıdır. Öz zəngin tərkibi ilə balqabaq tumu bötövlükdə beynin işinə müsbət təsir göstərir, yaddaşı gücləndirir, zehni əməklə məşğul olan insanların iş məhsuldarlığını artırır. 

Ağıllı olmağınıza şübhə ilə yanaşmayın. Amma daha ağıllı olmaq üçün beyninizin sevdiyi "ağıllı” qidaları rasionunuza daxil edin.

loading...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 798
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
butun qidalar insancin lazimlidir azda olsa qebul etmek lazimdir
11 mart 2016 15:47
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Dosta_inam
Hər birindən lazım olan qədər istifadə edirəm.
11 mart 2016 09:49
6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Fialka
Şübhəsiz ki, istifadə etdiyimiz hər bir qidanın orqanizmə müəyyən təsirləri var amma nəyin hansı yöndə faydalı olduğunu bilməksə lazımdır insan üçün ) Ən çox qeyd edilən ərzaqlar içərsində üzüm və kivini sevirəm digərlərini istifadə edə bilmirəm...
11 mart 2016 00:07
5
Offline
BARBI
Her biri faydali qidalardi. Qida rasionumda mutleq istifade edirem
10 mart 2016 23:38
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Azəri_Ledi
maraqlı məlumatdır ♡♥♡♥♥♥
10 mart 2016 23:15
3
Həyat mənə ele bir oyun oynadı ki, klounun dediyi kimi...
Aglaya bilmədiyim üçün gülürəm..!
Offline
arzum-aysum
bu qidalarin hamisini sevirem ve istifadə edirəm. ümumiyyətlə tek ağıllı olmaq üçün deyil, orqanizmin ümumi sağlamlığı üçün faydalı qidalanmaq lazımdır
10 mart 2016 22:41
2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
ulduz
Hamısını sevirem və yeyirem oncuda ağillıyam
10 mart 2016 22:24
1
Qadının ən böyük vəzifəsi analıqdır :50:

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv