Tez ağaran saçlar bu xəstəliklərdən xəbər verir

Müəllif: Qlamurr
Şərhlər: 5
Baxılıb: 2 695
Səs ver:
(səs: 0)
Hər saç teli rəngini "melanosit” adlanan və rəng piqmenti ifraz edən hüceyrələrdən alır. Bu hüceyrələrin funksiyasını itirməsi, piqment azalması, ya da yox olması saçlarda ağarma ilə nəticələnir.
 
Asiya irqindən olanlarda saç ağarması 30 yaşın ortalarından etibarən başlayır. 50 yaşlarından etibarən isə bütün kişilərdə az da olsa saç ağarması olur. Bəzi xəstəliklər saç ağarmasına səbəb ola bilər. Aile.lent.az bununla bağlı məlumatı təqdim edir.
 
 
20-li yaşlarda başlayan saç ağarması erkən saç ağarması olaraq adlandırılır. Erkən saç ağarmasının bir çox səbəbi olmaqla birlikdə genetik səbəbləri də var. Həm də bəzi otoimmun xəstəliklər, saçqıran, vitiligo (ala xəstəliyi), B12 vitamin əskikliyi və bəzi tiroid xəstəliklərində erkən saç ağarması gözlənilə bilər.
 
Aparılan bəzi çalışmalarda saç ağarmasının ürək-damar xəstəliklərinə meyllik etdiyi bildirilib. Buna görə erkən saç ağarması problemi olanların kardioloji müayinədən keçməsi tövsiyə edilir.
 
Erkən saç ağarması olan insanlarda sümük azalması da görülə bilər. Sümük azalması (osteopeni) olan kişilərdə bunun qarşısını almaq üçün tədbirlər görülməlidir.
 
Saç ağarmasının müalicəsi üçün qalıcı saç boyaları, keçici saç spreyləri və bəzi rəngləndirici şampunlar istifadə edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 695
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri