Hər saç teli rəngini "melanosit” adlanan və rəng piqmenti ifraz edən hüceyrələrdən alır.
Bu hüceyrələrin funksiyasını itirməsi, piqment azalması, ya da yox olması saçlarda ağarma ilə nəticələnir.
Asiya
irqindən olanlarda saç ağarması 30 yaşın ortalarından etibarən
başlayır. 50 yaşlarından etibarən isə bütün kişilərdə az da olsa saç
ağarması olur. Bəzi xəstəliklər saç ağarmasına səbəb ola bilər.
Aile.lent.az bununla bağlı məlumatı təqdim edir.
20-li
yaşlarda başlayan saç ağarması erkən saç ağarması olaraq adlandırılır.
Erkən saç ağarmasının bir çox səbəbi olmaqla birlikdə genetik səbəbləri
də var. Həm də bəzi otoimmun xəstəliklər, saçqıran, vitiligo (ala
xəstəliyi), B12 vitamin əskikliyi və bəzi tiroid xəstəliklərində erkən
saç ağarması gözlənilə bilər.
Aparılan
bəzi çalışmalarda saç ağarmasının ürək-damar xəstəliklərinə meyllik
etdiyi bildirilib. Buna görə erkən saç ağarması problemi olanların
kardioloji müayinədən keçməsi tövsiyə edilir.
Erkən
saç ağarması olan insanlarda sümük azalması da görülə bilər. Sümük
azalması (osteopeni) olan kişilərdə bunun qarşısını almaq üçün tədbirlər
görülməlidir.
Saç
ağarmasının müalicəsi üçün qalıcı saç boyaları, keçici saç spreyləri və
bəzi rəngləndirici şampunlar istifadə edə bilərsiniz.