Niyə rəhmətə gedənlər üçün “Fatihə” surəsini oxuyuruq?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 4 099
Səs ver:
(səs: 0)
“Həmd” – “Fatihə” surəsində 7 sirr vardır.

Ozamankı Roma imperatoru, Bəni Abbas xəlifəsinə yazdığı məktubda bildirir: “Biz İncil kitabında görmüşük ki, hər kim həqiqət üzündən bu 7 hərfi olmayan surəni oxuyarsa, Allah onun cəsədini atəşə haram edər. O yeddi hərf bunlardan ibarətdir: s,c, x, z, ş, z, f.

Biz hər nə qədər tədqiq etdiksə, İncil və Tövratda belə bir surə tapmadıq. Sizin səma kitabınızda belə bir surə vardırmı?”.

Abbasi xəlifəsi alimləri toplayır və bu məsələni onlarla müzakirə edir. Onlar bu suala cavab verməkdən aciz qalırlar. Nəhayət bu sualı Həzrət İmam Hadidən (ə) soruşurlar.

Həzrət İmam Əliyyən-Nəqi (ə) cavabında buyurur: “O, surə - “Həmd” surəsidir. Bu yeddi hərf orada yoxdur”.

Soruşurlar: “Bəs bu yeddi hərfin o surədə olmamasının fəlsəfəsi nədir?”.

Həzrət (ə) buyurur:

“1. S hərfi – səbura (həlak olmaq) işarə edir.

2. C hərfi – cəhimə (cəhənnəmin dərəcələrindən birinin adıdır) işarə edir.

3. X hərfi – xəbis (napak) sözünə işarə edir.

4. Z hərfi – zəqquma (cəhənnəmin xüsusi yeməyi) işarə edir.

5. Ş hərfi – şəqavət (bədbəxtlik) sözünə işarə edir.

6. Z hərfi – zülmət sözünə işarə edir.

7. F hərfi – afət (bəla) sözünə işarə edir”.

Xəlifə də bu cavabı Roma imperatoru üçün yazır. Roma imperatoru bu məktubdan çox xoşhal olur. İslam dinini qəbul edir və dünyadan müsəlman halda gedir. (Beytutə)
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 099
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri