31. "Rabbənə həb lənə min əzvacinə va zurriyətinə qurratə əyinun va-c-alnə li-l-muttəqinə iməmə"
"Ey Rəbbimiz! Bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et!" (əl-Furqan,74).
32. "Rabbənə-ğ-fir lənə va li ixvaninə-l-ləzinə səbəqunə bi-l-imən va lə təcəl fi qulubinə ğıllən li-l-ləzinə əmənu rabbənə innəkə raufun rahim"
"Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz, Sən, həqiqətən, şəfqətli və mərhəmətlisən" (əl-Həşr, 10).