Bu
gün Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist,
dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional
musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun doğum
günüdür. Azərbaycan incəsənətində bir çox ilklərə imza atan bu dahi
şəxsiyyət hər kəsin könlündə öz musiqiləri ilə taxt qurmağı bacarmış
sənətkardır.
Üzeyir
bəyin yaradıcılığı və şəxsiyyəti barədə saatlarla yazmaq və danışmaq
mümkündür. Biz isə bu gün onun musiqisi vasitəsilə danışmaq qərarına
gəldik. Beləliklə, sizə dahi bəstəkarın bir-birindən gözəl əsərlərindən
5-ini seçərək təqdim edirik:
1. Arazbarı
2. Koroğlu operasının uverturası
3. Cəngi
4. Sənsiz
5. Leyli və Məcnun Uverturası